Dünyanın ən böyük prezident maşını hazırlanır

Baxış sayı: 1. 827
2016-cı ildə dünyanın ən böyük prezident limuzini, bürokratiya nəsli üçün mikroavtobus və crossover hazırlanacaq.
“Gencaile.az”-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, kortejin hökumətin birinci siması üçün nəzərdə tutulmuş yeni layihəsinin «ZİS-110» modeli ilə yanaşı, «Pakard» modellərini xatırlatdığı deyilir. İdeyasnın isə “Rolls Royce”dən oğurlandığı iddia edilir.
«Fsue Nami»nin rəhbəri Maksim Naqayçev deyib ki, yeni layihə indi «Rolls Royce», «Bentley», «Audi», «BMW» və hətta «Hyundai» seqmentində təqdim edilən köhnə sovet maşınlarını xatıraldır.
M.Naqayçev əlavə edib ki, indi ABŞ prezidenti Barak Obamaya məxsus limuzinin ən böyük olduğu düşünülsə də, əslində o, sərnişin avtomobili yox, bildiyimiz yük maşınıdır. «Cadillac» adlanan o limuzin «Codiak» adlı yük maşının dəyişmiş formasıdır. Ancaq yeni limuzin həm uzunluğuna, həm də hər cəhətdən dünyanın ən böyük prezident limuzini sayılacaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir