“Gencaile.az” dünyanın lənətlənmiş 15 yeri haqqında maraqlı faktları təqdim edir:
Poveglio adası (İtaliya)
Ruhlara dərin hörmətlə yanaşılan yerlərdən biri də İtaliyada yerləşən Poveglio adasıdır. Ada 1800-cü illərdə vəbadan əziyyət çəkən insanların göndərildiyi yer olmasına baxmayaraq, daha çox sürgün üçün istifadə olunurdu. Məlumatlara görə, burada çalışan və ölümlərin qarşısını ala bilməyən həkimlərin böyük əksəriyyəti adadakı hündür qaladan özlərini ataraq intihar edirdilər. İntihar edənlərin hər birinin isə adanı lənətlədiyinə inanılır.
Şərq Həbsxanası (Filadelfiya, ABŞ)
1940-70 illər arasında bu həbsxanalarda müxtəlif səbəblərdən təxminən 1200 nəfər məhkum ölüb. Bu günə qədər də onların heç birinin ölüm səbəbləri məlum olmayıb. 1970-ci ildən sonra isə bura göndərilən məhbusların hamısı ölən məhkumların ruhlarını gördüklərini iddia ediblər. Onların isə ruh görərək qorxduqları və bu səsəbdən öldükləri deyilib. 1970-ci ildən sonrakı dövrü əhatə edən hadisələr zəminində buranın adına “ölümsüz ruhların vətəni” deyiblər.
Hoia Baciu Forest (Napoca, Rumıniya)
“Pərili meşə” kimi tanınan Hoia Baciu Meşəsinə gələn ziyarətçilər, hər addımda onları izləyən birilərinin olduğunu deyirmiş. Sanki kimsə onları meşənin dərinliklərinə, çıxmaz yollara aparırmış. Bölgədə yaşayan kəndlilər isə əfsanənin gerçək olduğunu və bu meşəyə səhvən belə girən insanların bir daha oradan çıxa bilmədiklərini deyiblər. Lənətli meşədə müxtəlif insan səslərinin eşidildiyini deyınlər belə olub.
Stanley Hotel (Kolorado, ABŞ)
“Cinnet” filminin çəkilişlərində bu lənətli otelin tarixçəsindən istifadə edilib. Siz bu oteldə qalmaq istəyərdinizmi? Otelin köhnə sahibi Flora Stanleyin ruhunun hələ də otaqları gəzdiyi və hətta otelin təhlükəsizlik kameralarında göründüyü iddia edilir.
Bobbi Mackeyin məşhur satanist ritualı (Kentuckyi, ABŞ)
Məlumata görə,1850-ci illərə qədər bir məzhəbə qulluq edən insanların istifadə etdiyi bu binada həmin illərdə satanist mərasimləri keçirilməyə başlayıb. Bu mərasimlərdə isə nəinki heyvanları, eləcə də insanları qurban seçib, işgəncələrlə öldürürdülər. Məbədin zirzəmisini “cəhənnəmə açılan qapı” adlandırırdılar.
Loftus Hall (Veksford, İrlandiya)
Əvvəllər mülk olaraq istifadə edilən və daha sonra bir otelə çevrilən Loftus Hall, ərazidə yaşayan yerli əhali tərəfindən “Şeytanın yatdığı yer” kimi təsvir edilib. Mənbələrdə bunun müxtəlif səbəbləri qeyd olunsa da, konkret arqument göstərilməyib.
Preston qalası (Kaliforniya, ABŞ)
1890-cı illərdə tikilib. Bu qala ilk baxışdan olduqca gözəl tarixi yeri xatırladır. Xüsusilə oğlanlar üçün nəzərdə tutulan qalanın içərisinə daxil olanların heç biri salamat çıxmayıb. İddialara görə, ilk baxışdan insanı ovsunlayan qalanın içərisində ruhlar ağalıq edir. Qapılar bir-birinə çırpılaraq bağlanır və qalanın pəncərələrindən içəri düşən günəş şüalarının müşayəti ilə ruhların kölgələri gəzişərək insanları dəli edir. Preston Qalasına gələnlər qapıların onları döydüyünü, əzdiyini deyirmişlər.
Villiska Aks Homisid Evi (Lova, ABŞ)
1962-ci ildə bu gördüyünüz “Cinayət Evində” cəsədlər tapılıb. Altı uşaq və iki böyük insanın öz yataqlarında ölü halda tapılması hər kəsi şoka salıb. Daha maraqlısı isə budur ki, cinayətin üstü açılmayıb. Bu günə qədər də onların nədən öldüyü, kim tərəfindən öldürüldüyü bilinmir. Bölgədə yaşayan insanlar isə gecələri ağlayan uşaq səsləri eşitdikləri deyiblər.
Dammasc Xəstəxanası (Vilsonville, Oregon)
Ruhi dispenser kimi fəaliyyət göstərən bu uçuq-sökük yer “xəstəxana” olub. Onun digərlərindən fərqi isə budur ki, müalicə edilən xəstələr arasında müalicəyə cavab verməyənlər yataqlara bağlanaraq, yalnız buraxılırdı. Tək qalan xəstələr isə gizli şəkildə qaçmağa çalışarkən ölüblər. Bir neçə ekspert isə uzun illərdən sonra həmin yeri ziyarət edərkən, yeni ayaq izlərinə rast gəldiklərini və otaqlarda kimlərinsə tez-tez “Mən dəli deyiləm” cümlələrini təkrar edərək mahnı oxuduqlarını deyiblər.
Edinburq Kellars (Edinburq, Şotlandiya)
Bu gördüyünüz tunel 1700-cü illərdə sorğu mərkəzi olaraq istifadə edilib. Bu tunelin digər ucunda isə kiçik hücrələr var. Orada müxtəlif qətllər törədilib. Qatı cinayətkarlara burada ardıcıl cəzalar tətbiq edərək təcrübə siçanı kimi istifadə ediblər. Buranı ziyarət edənlər də idda edir ki, tunel boyunca müxtəlif səslər gəli. Sanki kimsə sual-cavab oynayır.
Lemp Mansion (St Louis)
1900-cü illərin əvvəllərində bu ev çox gözəl və sanballı ailənin olub. Lakin bir anda ailənin üzərində olan lənət bir-bir onları ölümə aparıb. Lemp ailəsinə məxsus bu ev sahiblərinin qanı ilə yuyulub. Ailənin üzvləri bir-bir öldükdən sonra onların qonşuluğunda yaşayan bir nəfər evə daxil olub və infarktdan ölüb. İlkin ehtimallar əsasında ailənin genetik olaraq ciddi ürək problemindən əziyyət çəkdiyi deyilib və hər birinin ürək tutmadan öldüyü bildirlib. Lakin, bir digər mənbəyə görə, ailə üzvləri arasında intihar edənlər və öldürülənlər də olub. Bu evin lənətinin yaxın ətrafdakı evlərə keçəcəyini düşünən əhali evlərini ataraq, ərzidən uzaqlaşıblar.
Single Grove Cemetery (Bremen, İllinoys)
Satanistlərin davamlı ayinlər keçirdiyi yerlərdən biri də qəbirstanlıq olub. Onlar qəbirdaşlarını mühafizə edərək gecələri burada gəziblər. İnanılır ki, hər bir qəbirtanlıqda müxtəlif ayinlər zamanı bir məzar seçilir və o mühafizə edilirdi.
Banff Sprinqs Hotel (Alberta, Kanada)
1975-ci ildə “buranı lənətləyəcəm” deyən otel xidmətçisi dediyini edir. Oteldən qovulan gənc oğlanın bu sözləri heç kimə inandırıcı gəlməsə də , bir neçə ay sonra oteldə qalan qonaqların şikayətləri hər kəsi şoka salır. Müştərilər qaldıqları otel nömrələrində çamadanların irəli-geri getdiyini, şkaflarda olan əşyaların yer dəyişdirdiyini və dəhlizdən həzin musiqi ilə rəqs edən insanların olduğunu iddia etməyə başlayıblar. Otel sahibləri həmin işçini axtarsalar da, tapa bilməyiblər.
Myrtles Farm (Saint Fransciville, Luiziana)
Bağ evində gözə görünüən kiçik bir qız. Heç kimə məlum olmayan bir tarixçə. “National Geographic” iddia edib ki, qarabasmalar kölə bir qıza aiddir. Buranı daha da qəribə edən vəziyyətlərdən biri isə o qızın fotoşəkilinin 1992-ci ildə evi araşdıran “National Geographic”. qrupu tərəfindən çəkilmiş olmasıdır. (Həmin şəkil)
Qayıdışı olmayan mağara (Havran, Balıkesir)
Bu mağaranın vahiməli tərəfi hər yerdə insan sümüklərinin olmasıdır. Mağaraya girən insanlar oradan çıxmaq istəmir. Onları orada nəyin və ya kimin saxladığı məlum olmas da mağarada axtarılan insanların heç birini tapmaq mümkün olmayıb. Mağaraya girən qoyunlardan belə geriyə yalnız sümüklər qalıb. Bəzi kəndlilərin fikrincə, mağarada “canavar” adlı qəribə bir canlı yaşayır və o insanları öldürür.