Prezidentlər bütün zamanların ən güclü kişiləri hesab oluna bilər. Fərqi yoxdur onları bu vəzifəyə şans gətirib və ya pul, ağıl, miras sayəsində seçiliblər… Amma bu güclü siyasətçilərin də çox zaman qadınlar ən zəif yeri olub. Xəlvətdə zinakarlıq edən, bir anda karyerası, ailəsi alt-üst olan, cinayətə əl atan məşhur siyasətçilər və bütün bunların səbəbkarı olan gizli-aşkar sevgililəri…
Nikolya Sarkozi və Karla Bruni
Bu məşhur cütlüyün tanışlığı 2007-ci ilə gedib çıxır. O zaman Fransa prezidentinin gözünü sevgi o dərəcədə tutur ki, Sarkozi vaxt itirmədən həyat yoldaşından ayrılır və 2008-ci ildə top-model Bruni ilə 3-cü nikahına girir. 2011-ci ildə cütlüyün Culiya adlı qızı dünyaya gəlir.
Fransua Olland və Jüli Qaye
Fransua Mitteran və Ann Penjo
Sevgi qalmaqalı ilə xatırlanan 3-cü bir Fransa siyasətçisi isə Fransua Mitterandır. Fransanın ən uzunmüddətli prezidenti (1981-1995) Mitteran etdiyi zinakarlığı cəmiyyətdən gizlətmək niyyətində olmayıb və məşuqəsi Ann Penjoya Yelisey Sarayında- prezident iqamətgahında mənzil belə ayırıb. Amma ondan sonra hakimiyyətə gələn Jak-Şirakın ilk əmri Ann Penjo və qızının iqamətgahdan çıxarılması oldu. Keçmiş məşuqəyə hətta prezidentin dəfn mərasiminə qatılmaq da qadağan edildi. Lakin ictimai narazılıqdan sonra Ann və qızına Mitteranla vidalaşmağa icazə verildi. Daha sonra xanım Penjo balaca bir mənzilə köçdü və Paris muzeyində işləməyə başladı.
Con Kennedi və Merilin Monro
ABŞ prezidenti Con Kennedi və aktrisa Merilin Monro arasındakı münasibətlər 20-ci əsrin ən məşhur sevgi romanıdır. Cütlüyün tanışlığı 1960-cı ildə, Taxo gölündə başlayır. Con o zaman hələ prezidentliyə namizəd idi. Həmin vaxt Monronun daha çox Conun kiçik qardaşı Robert xoşuna gəlirdi. Amma bir il sonra Con Kennedi prezident olanda aktrisa ilə sevgi romanı da başladı. Artıq yarıməsrdir danışılan bu sevgi romanı Monronun həyatında çox qısa sürdü. Bir il sonra məşhur aktrisa naməlum şəkildə öldü. Onun ölümünü indiyə qədər məşuqu prezident Kennedinin qısqanclığı ilə bağlayırlar.
Nelson Mandela və Qrasa Simbine
Qrasa Simbineni nadir qadın adlandırsaq yəqin həmcinsləri inciməz. O, iki dövlətin “birinci ledisi” titulunu qazana bilən yeganə xanımdır. 1975-ci ildə Mozambik prezidenti Samor Maşel ilə nikaha girən xanım Simbine 11 il evlilik həyatı yaşayır. Prezident əri avtomobil qəzasında ölən Qrasa 10 il sonra daha bir məşhur siyasətçi ilə sevgi həyatını təzələyir. Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela uzun illər gizli saxladığı sirrini açır. Sən demə, Mandela keçmiş həmkarının xanımına dərin bir sevgi münasibəti bəsləyirmiş. 1988-ci ildə onlar evlənir. Həmin vaxt Nelson Mandelanın 80, Qrasa Simbinenin isə 52 yaşı var idi.
Bill Klinton və Monika Levinski
ABŞ-ın 42-ci prezidenti Bill Klinton və 25 yaşlı təcrübəçisi Monika Levinski arasındakı əhvalat isə az qala Klintonun karyerasına son qoyacaqdı. Prezidentin cazibədar təcrübəçisi ilə iki il davam edən münasibətləri 1998-ci ildə Monikanın yaxın rəfiqəsi tərəfindən bütün Amerikaya yayılır. Prezidentin istefası tələb edilir. Klinton sonralar cavan xanımla yaşadıqlarını müvəqqəti ehtiras adlandırsa da, Monika hər ikisinin o zaman qarşılıqlı hisslər yaşadıqlarını deyir.
Mustafa Kamal Atatürk və Fikriyyə Xanım
Qadınlara qarşı biganə olmayan Atatürkün çoxlu sayda sevgililəri arasında türk qızları ilə yanaşı rumın, bolqar, macar xanımları da olub. Amma uzaq qohumu Fikriyyə Xanımın Atatürklə faciəvi sevgisi məşhur siyasətçinin şəxsi həyatı ilə bağlı ən çox danışılan mövzudur. Fikriyyə Xanımla Atatürkün münasibətləri arasında tarixçilərin mövqeyi müxtəlifdir. Bəzi mənbələr onların imam nikahı ilə yaşadığını, digərləri isə rəsmi və ya qeyri-rəsmi hansısa münasibətlərinin olmadığını iddia edir. Amma məlum olan budur ki, uzun müddət xəstəlikdən əziyyət çəkən və Avropada müalicə alan 37 yaşlı Fikriyyə Xanım Atatürkün Lətifə ilə evləndiyini eşidincə Türkiyəyə qayıdır. İlk işi isə Çankaya köşkünə getmək olur. Ancaq onun gəlişini eşidən Lətifə xanım Fikriyyəni içəri qoymur və Atatürkün məşğul olduğunu deyir. Fikriyyə köşkdən ayrılır və bir neçə dəqiqə sonra Atatürkün ona hədiyyə etdiyi tapançadan atəş səsləri eşidilir. Fikriyyə xanımın öldürüldüyü deyilsə də, onun intihar etdiyi də ehtimallar arasındadır. Bu hadisə isə tezliklə Atatürklə Lətifə xanımın ayrılmasına təkan verir.
Vladimir Putin və Alina Kabayeva
Rusiya prezidenti Vladimir Putin və gimnast Alina Kabayevanın sevgi əhvalatı mətbuata 2006-cı ildən məlumdur. Yazılanlara görə, Alinanın Dmitri adlı oğlunun atası da Putindir. Prezident xanımı Lyudmila ilə boşansa da, hələki gözəl Kabayeva birinci-ledi statusunu qazanmayıb. Rus mətbuatı rəsmi nikah barədə yazsa da, xəbər təsdiqini tapmayıb.
Mixail Saakaşvili və Alana Qaqloeva
Keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili deyilənlərə görə, öz mətbuat katibi Alana Qaqloeva ilə eşq yaşayıb. Hətta deyilənlərə görə, Alana Saakaşvilinin xanımı Sandra Rullovs ilə eyni vaxtda hamilə qalıb və prezident qeyri-qanuni oğlunu gizlətmək üçün Alananı qubernatorlardan birinə ərə vermək istəyib. Amma plan baş tutmadıqda Saakaşvilinin məşuqəsini gözdəniraq bir şəhərə göndərdiyi və söz-söhbətlərə son qoyduğu deyilir. (1xeber.com)