toy

Dünyanın maraqlı toy adət-ənənələri

Baxış sayı: 2. 227

Kuba: Pul rəqsi

Kuba adət-ənənəsinə görə toyda gəlinlə oynayan hər kişi onun paltarına iynə ilə pul bərkitməlidir və bu yığılan pullar, cütlüyə toy və bal ayı ödənişləri üçün köməklik olur. 

İsveç: Ümid edirik siz qısqanc deyilsiniz

İsveçdə əgər gəlin stolunu tərk edirsə, adətə görə toydakı xanımlar bəyi öpməyə gəlir. İsveçlilər gender-bərabərliyi ənənəsini saxladığına görə bu adət bəyə də keçərlidir.

Kongo: Sən ciddisən?

Konqo toy mərasimlərində gəlin və bəy toy boyunca sevinclərini kontrolda saxlamalıdırlar, onlara gülümsəməyə icazə verilmir. Əgər onlar bunu etsələr, adətə görə bu onların evlilik haqqında ciddi olmadıqları anlamını verər.

Çin: Bullseye!

Çində bəy ox və yay ilə gəlini vurur, sonra oxları yığır və onları bir-bir qırır. Bu isə onların sevgilərinin əbədi sürməsini təmin etməsi deməkdir.

Almaniya: Qab qırmaq

Toy qonaqları evi pis ruhlardan qorumaq inancına görə qabları yerə atırlar və bəy-gəlin qonaqların yerə atdıqları qabların qalıqlarını yığışdırırlar. Bunun mənası isə budur ki: Birlikdə işləyin və qarşınıza çıxan bütün çətinlikləri dəf edəcəksiniz.

Yunanıstan: Təmiz təraşToy günü bəyin sağdışı, yəni bəyin ən yaxın dostu onun bərbəri olur və bəyin üzünü o təraş edir. Lakin toy gününün bir şirin tərəfi də var: Bəyin qaynanası ona bal və badam yedizdirir.

Yamayka: Hamının tənqidiYamaykada kəndlilər gəlinə baxmaq üçün küçədə sıraya düzülürlər. Adətdəndir ki, onlar gəlinin görünüşü ilə bağlı neqativ rəylər verirlər. Əgər əksəriyyəti kritik rəylər veribsə, gəlin evə qayıdar və yaxşı görünmək üçün ikinci dəfə cəhd edər.

Pakistan: Oğurluq

Toy günü gəlinin bacıları və qız qohumları bəyin ayaqqabısını oğurlayırlar və əgər bəy ayaqqabısını geri istəyirsə, ayaqqabını olduğu kimi qaytarmasına görə onlara pul ödəməlidir.

Mavriki: Ya kök gəl ya da evinə qayıt!

Başqa ölkələrdə bütün gəlinlər toydan əvvəl kilo atmaq üçün pəhriz saxlayırlar. Lakin Mavrikidə bu belə deyil. Mavriki ənənlərinə görə yaxşı yeyən kök gəlin bəyin zəngin olduğunu düşündürən amildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir