YEMEK

Dünyanın müxtəlif ölkələrində məktəblilərin günorta yeməyi – FOTOLAR

Baxış sayı: 1. 475

“Sweetgreen” restoranlar şəbəkəsi bütün dünyada şagirdlərin günorta yeməyini müqayisə etmək qərarına gəlib. Onlar müxtəlif ölkələrdə məktəb yeməkxanalarında verilən tipik yeməklərin foto seriyasını təqdim edib. Məktəb yeməkxanaları uşaqlar üçün adətən ən sağlam və düzgün qidanlanma rasionu tərtib etməyə çalışır, ancaq nədənsə bu, tamam fərqli alınır. Fotolarda aydın görünür ki, müxtəlif ölkələrdə uşaqların qidalanma vərdişləri bir-birindən fərqlənir. Burada ölkənin mədəniyyəti və iqlim də mühüm rol oynayır. Məsələn, İtaliya və Cənubi Koreyada çoxlu təzə göyərti və tərəvəz, fransızlar nahara bir neçə dilim steyk, soyuq Finlandiyada isə nahara şorba ilə başlayırlar.

 

İtaliya

Balıq, ət, çörək, makaron salatı, pendirli pomidor.

Fransa

Mal əti steyki, pendir, kök, yaşıl lobya, meyvə.

Cənubi Koreya

Balıq şorbası, düyü, kimçi (turş kələm), brokkoli, təzə bibər və tofu.

ABŞ

Toyuq, kartof püresi, yaşıl noxud, konservləşdirilmiş meyvələr, peçenye.

Yunanıstan

Toyuq, dolma, meyvə salatı, narlı yoqurt, makaron.

Finlandiya

Noxudlu şorba, pörtlədilmiş çuğundur, kök salatı, giləmeyvə, təzə kökə, çörək.

İspaniya

Qəhvəyi və ağ düyü, tərəvəz salatı, çörək, portağal, krevetlər, qaspaço (tomat şorbası).

Braziliya

Lobya və düyü, tərəvəz salatı, çörək, qızardılmış banan, tərəvəzlə donuz əti.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir