Dünyada xeyli sayda qəribə görünüşlü insanlar və həmin insanların cəmləşdiyi müxtəlif inanclı tayfalar mövcuddur.
Maraqlı olcağını nəzərə alıb, xarici KİV-lərə həmin tayfaların bir neçəsi haqqında məlumatları təqdim edirik:
Liliputlar krallığı
Çində hər kəsin marağına səbəb olan “Liliputlar krallığı” adlandırılan, qısaboylu insanların yaşadığı xüsusi park var.
Belə bir yerin yaradılmasının əsasa məqsədi isə əraziyə turistlərin cəlb edilməsi olub. Bu ərazidə yaşayan insanlar turistlər üçün müxtəlif səpkili tamaşalar hazırlayır, bundan gələn gəlir hesabına öz yaşayışlarını təmin edirlər. Məhz buna görə də boyu liliputların ölçüsünə uyğun olan bir çox çinli yaşamaq və işləmək üçün bu məkanı seçir. Məlumata görə hazırda “Liliputlar krallığı”nın 19-48 yaş arasında olan 125 sakini var.
Liliputlar bazar günlərini özlərinə həsr edir, evlərində təmizlik işləri aparır, birlikdə voleybol, futbol oynayır, pulsuz ingilis dili dərslərində iştirak edirlər. Qeyd edək ki, “Liliputlar krallığı”nda məktəb, xəstəxana, supermarketlər, kafelər və gül mağazası da fəaliyyət göstərir.
1 əsr yaşayan insanların adası
İkarya yaşayan hər 3 insandan biri 90 yaşına qədər ömür sürürlər. 100 yaş və ondan daha çox yaşayanların sayı da az deyil.
Ümumilikdə adada 10 min insan yaşayır. Ada sakinləri işləyə bildikləri qədər çalışır, dağlara çıxır, özlərinin yetişdirdiyi meyvələr ilə qidalanırlar.
Adada yaşayan 101 yaşlı qadın çox yaşamaların sirrini bir cümlə ilə ifadə edib: “Burada ölməyi unuduruq”.
Dünyanın ən xoşbəxt qəbiləsi…
Braziliyanın Maisi çayı sahillərində Piraha adlı qeyri-adi hindu qəbiləsi yaşayır. Qeyri-adi olan isə qəbilənin özünəməxsus, təkrarolunmaz məişəti və inancıdır.
Bu qəbilə çox çətin mübarizə yolu keçib, amma heç vaxt öz adət-ənənələrindən əl çəkməyib.
Piraha insanları ehtiyaclarını qarşılayacaq qədər işləyir, ovladıqları bir neçə heyvan növündən başqa digər heyvanlara toxunmur, əldə etdikləri qidaları digərləri ilə paylaşır, boş zamanlarında əylənir, söhbətləşirlər.
Genləri dəyişməyən qəbilə
Hindistanın Ladax bölgəsində Aryanlar adlı qəbilə yaşayır. Onların genlərinin heç dəyişmədiyi bildirilir. Aryan sözünün mənasının isə “soylu kişi” olduğu bildirilir. Ərazidəki 5 aryan kəndində təxminən 2-4 min nəfər insan yaşayır. Qəbilə Hindistan və Pakistan ölkələri arasındakı Kəşmir savaşına görə aralıqda qalıb və demək olar ki, ətrafla bütün əlaqələri kəsilib.
Dünyanın ən təhlükəli insanları..
Hindistanın zəngin torpaqlarında yaşayan, dünyanın ən təhlükəli insanları- Konyak Naqa qəbiləsi. Bu qəbilə Hindistanın qərbində yerləşən Naqaland əyalətində yaşayır. Qəbilə daha çox savaşları ilə yadda qalıb. Düşmənlərinin hücumunu əvvəlcədən görmək üçün kəndlərini dağın zirvəsində qurublar. Bu qəbilədə düşməni öldürüb, başını kəsmək gənc qəbilə üzvlərinin artıq yetkinliyə addım atdığını göstərən amildir. Qəbilənin ən son “baş ovu” 1969-cu ildə olub. Ona qədər kəsilən başların sərgisi olarmış. Lakin bu, qadağan olunduqdan sonra qanlı adət sıradan çıxaraq, tarixə dönüb.
Ölməmək üçün maska taxırlar…
Hindistanın müqəddəs Varanası bölgəsində yaşayan qəbilə daha çox şirlərdən qorunmaq üçün yaratdığı təhlükəsizlik tədbirləri ilə hər kəsi təəccübləndirir. Deyilənə görə, bu cür təhlükəsizlik tədbirləri 1989-cu ildə 60 nəfərin şirlərin hücumu nəticəsində ölməsindən sonra yaranıb. Maraqlıdır ki, buradakı insanlar şirlərdən qorunmaq üçün qəribə maskalara hazırlayırlar. Maskanı görən şirlər qorxaraq, insanlara hücum etmirlər. Qəbilənin insanları başlarının arxasına maska taxırlar. 18 ay ərzində başına maska taxmayan 29 qəbilə üzvünün şirlərin hücumu nəticəsində dünyasını dəyişdiyi bildirilir.
Dəvəquşuayaqlı qəbilə
Vadoma qəbiləsinin əksər üzvlərinin sadəcə iki böyük ayaq barmağı var. Nadir görünən bu xəstəlik qəbilə sakinləri arasında geniş yayılıb. Bu səbəbdən qəbilə qaydalarına görə qəbilədən kənar şəxslə evlənmək qadağandır.
Xalidə Gəray