inek

Dünyanın qəribə müalicə üsulları: bakirə inək sidiyi, ilan masajı…

Baxış sayı: 1. 569

Texnologiyayla birlikdə tibb sahəsində də yeni ixtiralar edilir. Ancaq insanlar dədə-baba qaydalarını bir kənara atıb, bu yeniliklərdən yaralanmaq istəmir. “Gencaile.az” dünyada baş verən ən qəribə müalicə üsullarını oxucularına təqdim edir.

Hindistanlılar bakirə inəyin sidiyini içməyin bütün xəstəliklərin şəfası olacağını düşünür. Jairam Sinqal adlı 42 yaşlı hindu inək sidiyini içəndən bəri şəkər xəstəliyinin sağaldığını deyir. İnək sidiyinin şəkər xəstəliyi, vərəm, şiş,  bir çox xərçəng növlərinə faydalı olduğu deyilir.

Çin həkimlərinin çox müraciət etdiyi arı müalicəsinin revmatizma xəstəliyi olan insanlara faydalı olduğu düşünülür. Arı zəhəri arı iynəsi vasitəsiylə bu xəstəliyi olan insanların bədənlərinə vurulur.

Keçmişdə də tibbi zəlilər insan bədənindəki zəhərli qanı sovuran kimi istifadə edilirdi. Hazırda zəlilər qan dövranını sürətləndirmək üçün istifadə edilir.

Qurd müalicəsi – Balaca qurdlar yara olan yerə qoyularaq, həmin yerdə korlanmış dəri təbəqəsini gəmirir və yerdə sağlam təbəqə qalır. Eyni zamanda bakteriyaları öldürərək yaraları dezinfeksiya edir. 1930-40-cı illərdə daha çox istifadə edilən qurdlar penisilin iynəsi kəşf edildikdən sonra istifadə edilmədi.

İlan masajı – Bir yığın zəhərsiz ilan bədəninizdə gəzərək sizi masaj edib rahatladır.

Mirvari tozu – Çində parçalanan mirvarilər əzilərək toz və krem halına gətirilir və dəriyə çəkilir. Mütəxəssislər mirvari tozunun sızanaqları yox etməklə yanaşı, yaşlanmağı da əngəllədiyini bildirirlər.

Doğuş zamanı anayla yanaşı körpə də əziyyət çəkib travma yaşayır. Leonard Ord bu doğuş travmasını unutmaq üçün qadınlara doğuş anını təkrarən yaşadır. Fərqli nəfəs alma metoduyla qadınlar doğuş anını təkrar edərək, o zaman yaşadıqları stressdən xilas olurlar.

Bombeydə asma xəstəsi olanlar çiy balığı diri-diri udurlar.

Mineral baxımdan zəngin olduğu hesab edilən qara palçığın dəriyə faydalı olduğu düşünülür. Buna görə Çinin Şian bölgəsində buna uyğun turizm zonası yaradılıb.

Keçmiş zamanlarda təzyiq, baş ağrısı, qızdırma kimi şikayətləri olan insanlardan o dəqiqə qan alınırdı. Bunun xəstəlikləri müalicə etdiyini düşünürdülər.

İnsan südü – İnsan südünün müalicəvi əhəmiyyəti 2009-cu ildə qızının südünü içən bir atanın başına gələnlər sayəsində kəşf edilib. Elm adamları ana südünün tərkibindəki “Hamlet” adlanan maddənin xərçəng hüceyrələrini öldürdüyünü ortaya çıxarıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir