toy

Dünyanın toy kimi adətləri var…

Baxış sayı: 937

Toy mərasimi  ayrı-ayrı ölkələrdə fərqli şəkildə qeyd olunur. Bu baxımdan ölkələrin özünəməxsus və maraqlı adətləri var.

Keniya. Bu ölkədə qəribə bir adət var. Adətə görə toydan sonra bəy bütün ev işlərini özü edərək xanımına dəstək olmalıdır .Belə ki, bəy bir ay müddətində qadın geyimini geyinərək, bütün ev işlərində görməlidir və xanımının  necə bir məsuliyyətli iş gördüyünə özü şahid olmalıdır.

Nikobar adaları. Nikobar adalarında toydan bir müddət əvvəl  bəy seçdiyi xanımın evində ən qəliz və çirkli işləri görməlidir. Bəyin gördüyü işi qızın ailəsi qiymətləndirməlidir .Əgər işdən razı qalarlarsa, toy mərasimi baş tutur,əks halda bəy mənfi cavab alır və qızı vermirlər.

Hindistan. Hindistanda toy mərasimi 3 gün keçirilir. Toydan öncə həm gəlin, həm də bəyin xına mərasimi keçirilir. Onlarda gəlinlər adətən qırmızı rəngdə geyinməyə üstünlük verirlər. Nigahda bəy və gəlin yandırılan müqəddəs alovun ətrafında 7 dəfə fırlanırlar. Sonra bəylə gəlinin paltarlarını bir-birinə bağlayaraq, sanki onları birləşdirirlər. Hindistanların qəribə adətləri çoxdur. Onlardan biridə odur ki , hindlilərin düşüncələrinə görə 2 planet Saturn və Marsın bir-birinə yaxınlaşdığı gün anadan olan qızlar lənətlənmiş sayılırlar və belə xanımla ailə həyatı qurmaq olmaz, çünki bu xanım həyat yoldaşının erkən ölümünə səbəb ola bilər. Lənətlənmiş xanımın “bəxtini açmaq” üçün qəribə bir üsul tapıblar. Onlar qızı öncəliklə banan ağacına ərə verirlər, sonra ağacı dibindən kəsərək, məsələni həll edirlər. Müəyyən müddətdən sonra həmin qız seçdiyi oğlanla ailə həyatı qura bilir.

Yunanıstan. Bu ölkənin qəribə adətlərindən biridə odur ki, toyda gəlin bəyin ayağını tapdalamalıdır. Onlar inanırlar ki,bunu bacaran gəlin evin ağası olur.

Mavritaniya. Mavritaniyada ailə həyatı quran qızlar yaxşı yemək yeməlidirlər. Evlənmək üçün onlar ən azı 60, ən çoxu isə 100 kilo çəkidə olmalıdırlar.Yemək yeməsələr cəzalandırılırlar.

Makedoniya. Makedoniyada qəribə bir adət var. Toydan sonra bəy və gəlin qaranlıq zirzəmiyə düşməlidirlər. Gəlin zil qaranlıqda səhərəcən yoldaşının çəkmələrini və papağını axtarıb tapmalıdır. Bu xalqın inancına görə, əgər gəlin yoldaşının papağını tapırsa, demək  gəlin evində hegemonluğu öz üzərinə götürmüş olacaq , çəkmələri  tapan gəlin  isə yoldaşı ilə eyni səlahiyyətləri bölüşmüş olacaq.

Şimali Koreya. Bu ölkədə evlilik yaşı qadınlarda 25, kişilərdə isə 27-dən yuxarı olmalıdır. Şimali Koreyada kişilər mütləq əsgərlik xidmətini başa vurmuş olmalıdır. Əks halda əsgərlikdə olmayan kişilərə heç bir ailədən qız vermirlər.

Yəmən. Yəməndə toy mərasimi zamanı gəlin bəyi itələyib, ayaqlarını tapdalamalıdır.Onlar bu adətə illər boyu riayət ediblər. Bunu edərkən bəyin gəlinə qarşı nə dərəcədə səbirli olmasını yoxlayıblar.

Toy

Pakistan. Pakistanda evlənmək istəyən oğlan qızın ailəsi tərəfindən sınaqdan keçirilir. Burada ona qarşı ağlasığmaz söyüşlər və təhqirlər söyləyirlər. Əgər oğlan bu ağır sözlərə dözməyi bacarsa, sınaqdan keçmiş və toy üçün icazə almış olur.

Şotlandiya. Şotlandiyada maraqlı bir adət var. Nikah zamanı bəy seçdiyi xanımın ayaqlarını yuyur. Onlar hesab edirlər ki, bu hərəkət onların yeni qurulmuş ailələrinə səadət və uğur gətirəcək.

Samoa. Bu xalqın qəribə bir adəti var. Toy gecəsi qızın ailəsi qapının yanında durub qulaq asır, otaqdan səs çıxarsa bəyi döyməyə başlayırlar. Ona görə bəy toydan əvvəl bədənini palma yağı ilə sürtür. Bununla öz bədənini zərbələrdən qorumuş olduğunu düşünür.

İsrail. Toy mərasimində bəy və gəlin şüşə qırıqları olan parça üzərindən keçməlidir. Şüşələrin qırılması isə xoşbəxtliyə və gözəl həyatın başlamasına bir işarətdir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir