instagram

Dünyanin yeni dəbi – İnstagram milyonerləri; görməmişlik, yoxsa…?

Baxış sayı: 1. 587

Sosial media həyatımıza yeni fenomenlər daxil edib, buna şübhə yoxdur. Blogger anlayışına yeni məna qazandırdı, əlinə cib telefonu alan hər kəs yazar-blogger ədası ilə ortada gəzməyə başladı. Bir də sosial medianın ən çox haqqında danışılan, sevilən və nifrət edilənləri var. Bunlar İnstaqramın varlı uşaqlarıdır. Onlar nələr edirlər? Milyon dollarlıq həyatlarını İnstaqram hesablarından paylaşıb, hər dəfəsində təqibçilərini çaşdırmağa nail olurlar.

Onlar lüks maşınlarına vəhşi heyvanlarını mindirir, maşınlarını qiymətli daşlarla bəzəyir, 14 yaşında biotoksa başlayır, taksi əvəzinə helikopterdən istifadə edirlər.

Məsələn, Danny Agha lüks idman maşınında içi dollar dolu olan Louis Vuitton çantasının şəklini paylaşıb, “Sadəcə 23 yaşındayam” yazır. Ya da ev heyvanı olaraq pələng, şir saxlayıb, onları maşınlarına mindirirlər. Təbii halları kimi göstərdikləri bu həyat tərzləri əlbəttə bir ssenari əsasında ortaya çıxır. İş elə bir hala gətirildi ki, fenomen olaraq qiymətləndirilən bu uşaqların realiti şouları belə çəkildi. Əslində şounu izləyəncə bəzilərinin həyatlarının da zənn edildiyi qədər havalı, forslu olmadığını anlamaq çətin deyil. Belə ki, aralarında mətbuat katibi ilə gəzib, İnstaqramda paylaşdığı hər şəkil üçün fikir alan belə var.

 

Ferrarinin “kapot”u üstündə pələng balası…

Image result for Rick Kids of İnstagram

Əlbəttə, bu paylaşımlar milyonerlərin bəzi təqibçilərini hirsləndirərkən, bəzilərinin də onlardan nifrət etməsinə səbəb olur. Bu gənclərdən bəzilərinin ailələri təhlükəsizlik baxımdan həmin hesabların silinməsini istəyir. Çünki bu hesablar oğrular üçün də ilginc bir “ov” yeridir. Oğrular onların hesablarını izləyir və özlərinə yaxşı şikar tapdıqlarını düşünürlər. Necə deyərlər, “yediyin, içdiyin sənin olsun, bizə gördüklərini danış” sözü də yeni dünya düzənində tarixə çevrilir. Onun əvəzinə isə “yediyin kürüləri, içdiyin şampanları paylaş” anlayışı önə çıxır. Jetlər, içi pul dolu çantalar, Swarosvki ilə örtülmüş maşınlar, bol-bol şampan… Şübhəsiz ki, dollar milyoneri ailələrin uşaqları olduğunu iddia edən bu gənclərin şəkillərindəki ortaq özəlliklər bunlardır. Onlar əsasən jetdə, gəmidə keçirdikləri partinin şəkillərini paylaşırlar. Ekzotik heyvanı olanlar isə bu uşaqlar arasında bir addım daha qabağa çıxır. Çünki təqibçiləri üçün Ferrarinin “kapot”u üstündə pələng görmək olduqca həyəcanlıdır. Amma böyük əksəriyyət bu fotoların altında həqarət dolu cümlələr yazır.

Nyu Yorkda daşınmaz əmlak divi olan varlı bir ailənin oğlu, 22 yaşındakı Adru Varren üçün “McDonalds” da hamburger şəkli paylaşmaq nə qədər normaldırsa, kürü fotosu paylaşmaq da bir o qədər normaldır. O, qısqananlara isə aşağıdakı tövsiyələrini deyir: “Həyat sizə turş gəlirsə, şəkər qatıb, limonad hazırlamaq öz əlinizdədir..”

Rich Kids of Instagram (İnstaqramın varlı uşaqları) bütün dünyada o qədər çox marağa səbəb olur ki. Öncə E! Telekanalı “Rich Kids of Beverly Hills” adlı realiti şou hazırladı. 2014-cü ilin yanvar ayında yayımlanan bu şounun hər bölümü orta hesabla 600 min nəfərlə 1 milyon nəfər arasında izləyici tərəfindən baxıldı. İzləyicilərin yaş həddi isə 18-49 idi. Son olaraq İngiltərənin realiti şoular hazırlayan kanalı “Channel 4″də ” Rich Kids of instagram” verilişinə başladı. Channel 4-dəki realiti şoudakı 16 gəncin dəbdəbəli həyatları qarşımıza çıxır. Onların arasında Nyu Yorkda yaşayan və daşınmaz əmlak milyarder olduğu deyilən bir türk, Emir Bahadır da var. Bahadır bölümlərdən birində “Bu var-dövlətin içində dünyaya gözümü açdım. Həyatım boyunca ən yaxşı maşınları, geyimləri və yaşam stilini sınaqdan keçirdim. Lüks həyat bilicisiyəm. Səyahət etməyi, müasir sənət əsəri yığmağı, alış-veriş etməyi sevirəm. Modanın içində dünyaya gəldim deyə bilərəm. Geyim tərzimin rəqibi yoxdur”.

Bir digər mübahisə isə bu uşaqların bir qisminin həqiqətən də sərvət sahibi olmaması, amma özlərini o cür aparmaları ilə bağlıdır. Ümumiyyətlə, dəbdəbəli həyatlarını paylaşan gənclərin hamısı fərqli bir açıqlama verir. Kimisi “Pulumuz var, gəzib dolanırıq, kimə nə!” deyir, bir başqası isə “Məqsədimiz nümunə olmaqdır” deyib, durumu özətləməyə çalışır. Məsələn, 26 yaşındakı israilli Tomer Sror onlayn ticarət işində bir sərvət qazanıb. Hər səhər 06.00-da oyanıb, işə gedir: “Başqalarına nümunə olmaq üçün İnstaqram hesabıma bu şəkilləri qoyuram. Mən nail oldumsa, siz də nail ola bilərsiz demək üçün…”

Amma bu cür görməmişlik edən milyoner uşaqları valideynlərinin narazılığı ilə qarşılaşırlar. Belə ki, valideynlər daha çox “bizim vaxtımızda belə şeylər yox idi. İnsanlar yediyini, içdiyini göstərməkdən çəkinirdi. Bundan başqa, etibarlı da deyil. Harada olduğunu paylaşırlar. Bu isə onların başına nəsə bir iş gələcəyi narahatlığını keçirməyimizə səbəb olur”.

 

Ən populyar  kim?

300 mindən artıq təqibçisi olan Rick Kids of İnstagram (RKOI) hesabı dünyanın fərqli yerlərindəki varlı uşaqlarının qeyri-adi həyatlarını payıaşır. Bir çoxu öz şəkillərini bura göndərir və yayımlanmasını təmin edir. Bir də təqibçi sayı və paylaşımları ilə qabağa çıxan insanlar var.

Bir ölkənin əhalisi qədər təqibçisi olan milyoner uşaqları

 

Dan BilzerIan: 18.8 milyon təqibçi

Image result for Dan BilzerIan

34 yaşındakı Dan Bilzerian yaşına görə digər milyoner uşaqlarından daha böyükdür. Amma paylaşımları ilə bir fenomendir. İnstağramı dünyada ən təsirli istifadə edənlərdən biri olan Bilzerianın pişiyi Smushballın isə 800 minə yaxın təqibçisi var. Sərvətinin tam məbləği 150 milyon dollardır. O, daha çox jetində qadınlarla paylaşdığı şəkillərlə tanınır.

 

Doroti Vang: 953 min təqibçi

Image result for Doroti Vang

27 yaşındakı Doroti Vanqın atası Roger Vang Çinin ən böyük alış-veriş mərkəzi zəncirinin sahibi olan Golden Eagle Qrupunun CEO’sudur. “Forbes” jurnalına görə atasının sərvəti tam 4 milyard dollardır. Fabulexe adlı öz cəvahirat markasını bazara təqdim edən Doroti dünyanın fərqli yerlərindəki özəl partilərə qatılan bir insandır.

 

Timoti Dreyk: 65 bin təqibçi

Image result for Timoti Dreyk

Timoti Dreyukin ailəsi brilyant işindədir. Dreyk isə ömründə bir gün belə çalışmayıb. Ailəsinin pulunu ən yaxşı otellərdə qalaraq və ən bahalı markalardan alış-veriş edərək xərclədiyini deyir. Channel 4-dəki realiti verilişində Dreyk deyib ki, 14 yaşından bəri dodaqlarına silikon vurdurur.

 

Evan Luthra : 170 min təqibçi

Image result for Evan Luthra

Bu siyahıdakı bir çox insanın əksinə olaraq, Evan öz sərvətini özü qazanıb. 12 yaşı olanda tapdığı bir ağıllı telefon tətbiqetməsi onu milyonerlər siyahısına aparıb. 170 min nəfərdən artıq təqibçisi olan Evan artıq taksi yerinə helikopterdən istifadə edir. 20 yaşındakı gənc biznes adamı yaxtada partilər keçirməyi, dünyanın fərqli şəhərlərini gəzməyi sevdiyini deyir.

 

HumaId AlbuquaIş: 865 min təqibçisi

Image result for HumaId Albuqu

“Humaid’in İnstaqram hesabı bəlkə də ən qeyri-adi olanıdır. Bir neçə il öncə fenomenə çevrilən hesabda gənc adamla ekzotik heyvan dostlarının şəkilləri yer alır. Şirlər, meymunlar onun ən yaxın dostlarıdır. Zaman-zaman Ferrari markalı maşınının ”kapot”una bu heyvanları çıxarır, ya da onlarla birgə yerdə yuvarlanır. Humaidin özəl zooparkında şimpanze, körpə oranqutan, şir, meymun kimi heyvanlar var.

 

Eli Mizrahi: 56 min təqibçi

Image result for Eli Mizrahi

Eli Mizrahi də daim məşhur insanlarla partilərdə iştirak edən gənc milyonerdir. Hətta Selena Gomezin ad günü üçün öz yaxtasını məşhur simaya vermişdi. Özü də eyni zamanda Castin Biberin ən yaxın dostlarından biridir.

 

Culia Adesheva:96 min təqibçi

Image result for Culia Adesheva

Rus gözəli Culia özü haqqında danışanda “keçmiş model, səyahət həvəskarı və ekzotik maşınlar kolleksioneri” deyir. Əlbəttə, hər kəsin bir hobbiyə ehtiyacı var. Amma onun hobbiləri çox məsrəflidir. Kolleksiyasında ancaq “Ferrari”, “Lamborghini”, “Rolls Royce” və bir neçə “Bentley” markalı maşını var.

Təbii ki, azərbaycanlı milyonerlərin uşaqları arasında da öz dəbdəbəli həyat tərzini paylaşanlar az deyil. Necə deyərlər, onlar bir dünya modasını təqib edirlər. Amma dünya miqyasında psixoloqların müşahidə etdiyi əsas məqam bu gənclərin özünütəsdiq probleminin olmasıdır. Yəni, onlar üçün bu həyatda diqqət çəkmənin, fərqlənmənin əsas əlamətlərindən biri bu cür dəbdəbəli həyatı paylaşmaqdır. Ata-anaları biznesdə, iş dünyasında hansısa uğura imza ataraq bir sərvət toplayıblar. Onlar isə çox nadir hallarda öz uğur hekayələri ilə valideynlərini kölgədə qoya bilərlər. Buna görə də çarəni bu dəbdəbəli həyatı reklam etməkdə tapırlar. Üstəlik, bunun dünya miqyasında bir dəb olduğunu nəzərə alanda… varlılar da dəblə ayaqlaşmağı sevirlər.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir