ULVIYYE EFENDIYEVA

Duyğu haqqında bilmədiləriniz – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 494

Hal-hazırda  hiss üzvlərimizə təsir edən cism və hadisələrin ayrı-ayrı xassələrin əlamətlərinin beyində inikasından ibarət olan psixi prosesə duyğu deyilir.

Duyğular  iki qrupa bölünür:

Ekstroseptiv (xarici duyğular)

İnteroseptiv ( daxili duyğular)

Ekstroseptiv duyğular bədənin xarici səthində yerləşir:

Görmə, eşitmə, iybilmə, dadbilmə, dəri

Ekstroseptiv duyğular iki cür olur:

Kontakt duyğular- dad və dəri

Distant duyğular- görmə, eşitmə, iybilmə

Görmə duyğusu – rənglər işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik

Xromatik rənglər – boyalı- isti rənglərdir- pozitiv- sarı, qırmızı

Axromatik rənglər – soyuq rənglər- mavi, yaşıl

Görmə duyğularının reseptorları gözün  torlu qişasında yerləşir. Bunlar iki cür hüceyrə olur: çöpcüklər və kolbacıqlar

Çöpcüklər işığı, kolbacıqlar isə rəngləri duymamıza kömək edir. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda yarasa korluğu adlanan xəstəlik baş verir.

Eşitmə duyğusu- səslərin inikasından ibarətdir.

İybilmə duyğusu- müxtəlif iylərin inikasından ibarətdir. İnsanlar iyləri xoşagəlməz, xoş olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptorları burun boşluğunun yuxarı hissəsində yerləşir.

Dadbilmə duyğusu- nüxtəlif maddələrin suda, tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri nəticəsində əmələ gəlir.

Dörd növ dad duyğusu vardır: şirinlik, acılıq, turşluq, duzluluq

Dəri duyğusu- toxunma, temperatur, ağrı

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir