Tərkibi:
1 kq mayalı xəmir
İç:
200 q düyü
50 portağal sukatı
100 q şəkər tozu
30 q rom
5 q darçın
Hazırlanması:
Düyünü soyuq su ilə yuyun, suda tam bişirin, soyudun. Rom, şəkər tozu, darçın, xırda doğranmış portağal sukatı əlavə edib yaxşıca qarışdırın. Mayalı xəmirdən iki nazik lavaş yayın. Birini siniyə yayın, üstünə içi bərabər şəkildə yayın, digərini üstünə örtüb qıraqlarını bərkidin.Piroqun üstünə su və şəkər tozundan bişirdiyiniz şərbət çəkin və sobada üstü qızarıncayadək bişirin.
Nuş olsun!