yemek

Düzgün qidalanma necə olmalıdır?

Baxış sayı: 1. 821

Sağlam həyat tərzi dedikdə nəzərdə tutulan əsas nüanslardan birincisi səmərəli qidalanmadır. Müxtəlif yaş dövrlərində heyvan və bitki məhsulları arasındakı nisbət dəyişə bilər. Ancaq bütün yaşlarda, xüsusən yeniyetmənin qida rasionunu maksimum meyvə və tərəvəz təşkil etməlidir. Bunlar yeməyi mineral maddələr və vitaminlərlə zəngin etməklə bərabər, asan həzmə də kömək edir. Qidalanma mütəmadi olmalıdır. Yaxşı olar ki, gün ərzində 3 dəfədən az olmasın. Orqanizmə ən çox ziyan verən, xüsusən təşəkkül dövründə, tərkibində çoxlu kimyəvi maddələr olan süni gübrələrlə yetişdirilən məhsullardır. Təbii qida qaydasına riayət etmək və məhsulu düzgün seçmək lazımdır. Tam və mükəmməl qidanı heç bir vitamin və “həyat həbləri” əvəz edə bilməz. Gündə 4-5 dəfə yemək yemək daha məqsədəuyğundur. Qidada lazımi elementlər yoxdursa və ferment balansı pozulubsa, hüceyrə və toxumalar aclıq hiss edəcək. Yalnız tərəvəz və şirələrdən ibarət olan qidalanma rasionunda lazım olan vitamin və maddələr tam miqdarda olur. Düzgün qidalanma zamanı inkişaf edən orqanizm böyük həcmdə həm fiziki, həm də psixi enerji işlədir.

Rəqsanə Məmmədova – həkim: “Bağırsaqlarda qidanın həzmi pozulduqda, o qida zəhərə çevrilir. Hətta filosofların belə bir deyimi var ki, “qidanı artıq yedikdə, o zəhərə çevrilir.” Bu prosesin baş verməməsi üçün, həm az yemək, həm vaxtında yemək, həm də artıq yediyimiz qidanı zəhərə çevirməmək üçün, keyfiyyətli qidalanmaq lazımdır”.

Fiziki işlə məşğul olan insanların, yarış zamanı idmançıların, imtahanlar vaxtı şagirdlərin də xüsusi qidalanmaya ehtiyacları var. Bu qida asan həzm olunmalı, vitaminlərlə zəngin olmalıdır. Yağlı, istiotlu yeməklər məsləhət görülmür, çoxlu çiy meyvə və tərəvəzdən istifadə etmək tövsiyə olunur. Hər bir insan üçün lazım olan gündəlik kalorinin miqdarı orqanizmin “daşıdığı yükdən” asılıdır. Əqli işlə məşğul olan insanlara gündə 3000, mexaniki fiziki işlə məşğul olanlara 3500, ağır fiziki əməklə məşğul olanlara 5000, idmançılara isə 6500-7000 kalori lazımdır. Ailə üçün nəzərdə tutulan menyuda bu maddələrin hər birinin zəruri miqdarda olmasına diqqət yetirmək lazımdır. İstifadə etdiyimiz bütün qablaşdırılmış məhsulların üzərində onların kalori dəyəri və tərkibi qeyd olunur. Həmin qeydə diqqət yetirmək lazımdır.

Belə bir deyim var “Göz gördüyünü, ürək istəyər”. Çalışaq ki, hər şeydən yerində və qədərində istifadə etməyi bacaraq. Belə olan halda sağlam gələcək, uzun ömür bizim olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir