145334398_2904581149771103_8532348437441361927_n

Elə biləcəksiniz, İtaliyadasınız: BİBİHEYBƏTdən kiçik reportaj

Baxış sayı: 1. 001
Daş örtüklü küçələri, ağardılmış divarları, 3D rəsmləri və maraqlı qapıları ilə növbəti yenilənmiş kənd – Bibiheybət.
Bibiheybət də Balaxanı kimi eyni tərzdə yenilənir, amma kifayət qədər fərqləri var.
Bibiheybətdə Balaxanıdakı qədər dolanbaclı yollar yoxdur, demək olar ki, heç yoxdur.
Ümumiyyətlə, fikir versək görəcəyik ki, Bibiheybət başdan ayağa “Məktəb” dən ibarətdir: Məktəb küçəsi, Məktəb döngəsi, Məktəb meydanı, Məktəb meydanı küçəsi, Məktəb dalanı))
Hava günəşli olanda istənilən nöqtədən dənizi rahat görmək olur.
Pandemiya dövrünü və mövsümü nəzərə alaraq, küçədə insan çox azdır, amma bu, o demək deyil ki, yoxdur. Bir az içəri həyətlərə dönən kimi pəncərədən kiminsə “kimi axtarırdınız?” sualını eşidəcəksiniz.
Çoxlu pişik var.
İnzibati binaların 2-ci mərtəbəsindəki kiçik eyvanları görən kimi özünüzü Fellininin hansısa filminin kadrında hiss edəcəksiniz – bir anlığa bayrağı İtaliya bayrağı ilə dəyişsək, Romadakı binalardan heç bir fərq yoxdur.
Belə.
Könül HİLAL
144292821_2904581386437746_7334447366437974487_n144605524_2904581316437753_1088259561239083977_n144605531_2904581443104407_8679588557342530785_n144616966_2904580903104461_2967781481143174504_n144657179_2904580986437786_3412195165877543476_n144663993_2904581243104427_470100571443007693_n144716899_2904581529771065_1306097100619495490_n144720060_2904581573104394_6222044437258524569_n144731271_2904581193104432_724217137531848111_n144984369_2904581499771068_5591213811799016960_n145083652_2904581049771113_4237632890101000658_n145334398_2904581149771103_8532348437441361927_n



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir