Elektirk cihazını cərəyandan ayırın, yoxsa… – Cütlüklərə XƏBƏRDARLIQ

Baxış sayı: 1. 578

Uşağınızın olmama səbəbi gündəlik həyatda sıx istifadə etdiyiniz elektrik alətləri ola bilər. Aparılan araşdırmalar həyatımızın parçası olan gündəlik vərdişlərimizin uşaq sahibi olmamıza mənfi təsir edə biləcəyini göstərir.

Törəmə sağlığına zərər verən elekrolitlərdən mümkün olduğunca uzaq durmaq, ən azından istifadə etmədiyimiz zamanlarda söndürmək sonsuzluqdan qoruna bilməyin ən mühüm addımlarını təşkil edir.

Demək ki, gündəlik həyatınızın bir parçası olan bir çox şey sonsuzluğun səbəbi ola bilər. Bunlardan uzaq durmamaq yumurta və sperma keyfiyyətini azalda bilər.

“Gencaile.az” Aile.lent.az-a istinadən uşaq sahibi olmayan cütlüklərə xəbərdarlıq edir.

Mobil telefonlar, əsasən radiasiya yayan digər alətlərlə istifadə edildiyində uşaq sahibi olma imkanına mənfi təsir edir. Mobil telefonları bədəninizə çox yaxın təmas etməməyiniz və cinsi orqanlarınıza yaxın yerlərdə gəzdirməməyiniz məsləhət görülür.

Zəng gələrkən qulaqcıqla danışmanız, yatarkən telefonu mümkün olduğunca uzaq bir yerə qoymanız və ya söndürməniz də mühüm qorunma yollarından biridir.

Wİ-Fi və dizüstü kompüter istifadə edən kişilərin yayılan elektromaqnit dalğalar və testislərdə yaranan yüksək istilik səbəbi ilə kişi sonsuzluğuna yoluxma nisbəti istifadə etməyənlərlə nisbətdə daha yüksəkdir.

Bu texnoloji cihazlar törəmə funksiyalarına təsir edərək sperma hərəkətliliyini azaldır və spermanın genetik toxumasına zərər verir. Kişilərin kompüteri diz üstündə deyil, masada istifadə etməsi tövsiyə edilir.

Mikrodalğalı sobaların qadınlarda menstruasiya pozğunluğu, yumurta pozulmaları, sonsuzluq və düşməyə səbəb olduğu deyilir. Mikrodalğalı sobadan yayılan elektromaqnit sobaların kişilərdə sperma sayını azaltdığı düşünülür. Sobanın qapağının möhkəm bağlandığına əmin olun və işlək vəziyyətdə olan sobadan mümkün olduğunca uzaq durun.

Elektrikli kiçik alətlər: Bu cihazların bir çoxu təkbaşına zərərli deyil. Eyni anda istifadə edilən bridən çox elektrikli alətin zərəri daha çoxdur. İşləyən elektrikli cihazlardan uzaq durmaq və istifadə edilmədikləri zaman tokdan çəkmək bu cihazların zərərlərindən qorunmanıza yardım edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir