Qış aylarında əllərinizin çatlamaması üçün sadəcə nəmləndirici kremlər faydasız ola bilər. Xüsusilə də quru dərilərdə bu problem olduqca çox rast gəlinməkdədir. Bu səbədən də “Gencaile.az” “Qadınklubu.com”-a istinadən əllərin çatlamaması üçün bir sıra etməli olduğunuz vərdişləri sizə təqdim edir. Bunlar vasitəsilə əllərinizin qulluqunu qış aylarında daha da nəzərə almalı və ən çox zərər örən əllərimizəqarşı olduqca diqqətli olmalıyıq.
İlk əvvəl soyuq havalarda evdən çıxarkən əlcəklərinizi unutmayın. Əllərinizi şaxtadan qoruyun.
Hər axşam yatmamışdan əvvəl əllərinizə qlesirin tərkibli nəmləndirici krem çəkin.
Ev işlərində və ya qab yuyarkən mütləq əlcək geyinin. Bir sıra kimyəvi maddənin təsirinə qalan əlləriniz daha tez quruyaraq çatlayacaqdır.
Bol su için. Quru dərililərin xüsusilə daha çox su içməsi məsləhətdir.
Günlük qidalarınızda meyvə-tərəvəzə üstünlük verin. Vitamin çatışmamazlığı da əllərin çatlamasına təsir östərən ünsürlərdəndir.