Elməddin Cəfərov: “İki xanımla yaşamaq çox çətindir” – MÜSAHİBƏ

Baxış sayı: 2. 406

Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar ATV-də yayımlanan 3 serialın xanımları üçün təşkil olunan qonaqlıqda qarşılaşdığımız aktyor Elməddin Cəfərovla maraqlı müsahibəmiz oldu.

Həmin münasibəni sizə təqdim edirik:

– İşlər necə gedir, Elməddin bəy?

– İşdə vəziyyət yaxşıdır. Təbii ki, çatdıra bilmədiyimiz, maliyyə sıxıntısı yaşadığımız vaxtlar da olur. Amma ümumi götürdükdə, hər şey yaxşıdır. Qismət olsa, sentyabrda 4-cü serial fikirləşirik.

– Çəkildiyiniz rolda öz xüsusiyyətlərinizi görə bilirsinizmi?

– “Motor” verildiyi an mən daha Elməddin olmuram. Artıq 7 ildir ki, hər dəfə kamera arxasında mən Talehin həyatını yaşayıram. Özümü roluma necə adaptasiya edirəmsə, bəzən çəkiliş zamanı kameranın orada olduğunu belə unuduram. Amma çəkiliş bitəndən sonra Elməddin olduğum üçün çox sevinirəm.

– Talehin həyatı çətindir?

– Talehin həyatı çox çətindir. Gah döyürlər, gah şkafa çıxarırlar. Onun pulu, imkanı olsa da, həyatda rahatçılığı yoxdur.

– Həyatda da iki xanımla yola gedərsiniz?

-Yox, xoşbəxtlik sadəcə bir xanımdadır. İki xanımla yaşamaq çox çətindir. İnsan ömrünü yalnız bir nəfərlə paylaşa bilər.

– Taleh bəy, bayramda iki arvaddan hansına hədiyyə alıb?

– Tədbirə ikisini də gətirmişəm. Burada barışdırsaq, söhbət alınsa yaxşı olar. Alınmasa isə ümid qalır Novruza.

– 8 Marta xanımınıza nə almısınız?

– 8 Martda xanımına hədiyyə almadım. Əslində almaq istəyirdim, amma o istəmədi. Dedi ki, pulunu ver. Amma hədiyyə alsaydım, az pulum çıxacaqdı.

– Xanımıza tez-tez hədiyyə alırsınız, yoxsa ancaq bayramdan-bayrama?

– Tez-tez hədiyyə alıram deyə bilmərəm. Ayda 1 dəfə, yaxud da iki ayda 1 dəfə hədiyyə alıram.

– Rolunuza görə xanımınız sizi qısqanırmı?

– Qısqanır, amma başa düşür. Qısqanmağı əslində bir baxımdan yaxşıdır. Buna görə mən də hansısa sərhədləri görə bilirəm. Yoxsa, rolumu tam səmimi oynayaram.

Hər güclü kişinin arxasında bir xanım dayanır. Sizin arxanızda dayanan o xanım kimdir? Ananız, yoxsa həyat yoldaşınız?

– Hər ikisi. Xoşbəxtəm, ona görə ki, onların hər iki də məni başa düşür. İnsanın həyatında ən xoşbəxt bir şey bilisiniz nədir? Həyatda səni anlayan birinin olması. O zaman insan tamamlanır. Mən tamam inasanam.

– Novruz Bayramı ilə bağlı hansı planlarınız var?

– Əslində Bayramda Gəncəyə getməyi planlaşdırırdım. Amma yeni ili Gəncədə keçirmişdik. Ona görə bu dəfə bayramı qaynatamgildə, Zaqatalada keçirəcəyik.

– Sonda, 8 Mart Beynəlxalq Qadınlar Günü ilə münasibətilə xanımlarımıza nə arzu edərdiniz?

– Xanımlarımızı təbrik edirəm. Allah var eləsin. İnsan həyat yoldaşına, anasına, bacısına dəyər verirsə, deməli, o, bütün xanımlara dəyər verir.Əslində təkcə 8 Mart deyil, hər gün onlar üçün dəyərli olmalıdır.

ATV.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir