saat

Ən ağır günün ən “bədbəxt saatı”

Baxış sayı: 1. 613

Bazar ertəsinin ağır gün olduğunu düşünənlər haqlıymışlar. Mütəxəssislər insanın özünü ən bədbəxt hiss etdiyi vaxtı müəyyən ediblər. 2000 britaniyalı arasında aparılan araşdırma göstərib ki, respondentlərin cəmi 25%-i günün birinci yarısınadək xoşbəxt olur.

Sorğuda iştirak edənlərin əksəriyyəti etiraf edib ki, bazar ertəsi saat 11.17-də özünü daha bəxbəxt hiss edir. Amma günortadan sonra vəziyyət düzəlir. Günün birinci yarısı özünü bədbəxt sayanların hamısı saat 14.35-də özlərini gümrah hiss edirlər.

İştirakçıların əhvalını qaldıran səbəblər də məlum olub. Bunlar bağlanan müqavilələr (42%), qəfildən qucaqlaşmaq (40%) və avtomobilin (36%) yol verməsidir.

Məlum olub ki, sorğuda iştirak edənlərin 47%-i xeyirxah işlər üçün vaxt tapanda, özlərini daha xoşbəxt hiss edirlər. Onların 27%-i hər gün ətrafdakıları sevindirməyə çalışır.

İnsanları ən çox əsəbiləşdirən səbəblər də dəqiqləşib. Əksər hallarda insanlar “çox sağol” eşitmədikdə (47%), növbədə itələndikdə (75%) və onlara stansiyada qatardan düşməyə imkan verilməyəndə (43%) daha çox qıcıqlanırlar.

Psixoloqlar hesab edirlər ki, böyük ev, dəbdəbəli tətil və ya yaxşı avtomobil kimi bahalı şeylər insanları xoşbəxt etmir.

Mütəxəssislərin fikrincə, həyatda ən böyük rolu yaxşı insanlar oynayır. Məsələn, səhər səni gözləyən avtobus sürücüsü, işdə xeyirli sabahlar arzulayan iş yoldaşın və s.

Mütəxəssislər hesab edirlər ki, insanlar ətrafdakı insanlardan özlərinə qarşı xırda yaxşılıqlar görəndə, daha xoşbəxt olarlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir