mesq-saati

Ən optimal məşq saatı nə vaxtdır?

Baxış sayı: 3. 338

İnsan bədəni fabrik kimi davamlı nizamlı və balanslı bir şəkildə işləyir. Saatlarda və dəqiqələrdə çaşmadan vəzifəsini yerinə yetirir. Bədəninizdəki biosistemlər hər gün eyni şeyləri təkrar edir. Elm adamları sistemlərin alışılmış səviyyədə düz getməsinə “kronobioloji” deyirlər.

Səhər 05.00: Böyrəklər fəaliyyətdədir. Bu vaxtda ağır idmana girmək, böyrəklərin iş tempini dəyişdirir. Tezdən qalxan idmançı bir stəkan isti suya iki yemək qaşığı alma sirkəsi qatıb da ilıq hala gəldikdən sonra içsə, bədəninin gümrah və daxili orqanlarının 100% fəaliyyətinə nail ola bilər.

Səhər 06.00: Bədəndə qlükoza və amin turşusu maddələri qanda müəyyən nisbətlərdə artmışdır. Maddələr mübadiləsi hərəkətlənmiş və o günün işləri və fəaliyyətləri üçün enerji və zülal xidmətə girmişdir. Bu saatda ağır idman tarazlığı pozur. Yüngül gəzinti və ya pilates kimi əsnəmə məşq uyğundur.

Səhər 07.00: Mədə seansı başlamışdır. Bu vaxtlarda yeyəcəyiniz qida maksimum həzm olunur. Qalın bağırsaqlar da nəcis üçün asan və qüvvətli olurlar. Karbonhidratlar maddələr mübadiləsi tərəfindən bundan sonrakı zaman mərhələlərində şiddətlə ehtiyac olan enerjiyə çevrilər. Bu vaxtlarda idman edilməməlidir.

Səhər 08.00: Bu vaxt mədə vaxtıdır. Eyni zamanda qan təzyiqi və ürək təzyiqi artır. Yüksək təzyiqin artacağı və ürək problemi olanların da bu vaxtda problem yaşaya biləcəyindən ötəri idman edilməməlidir. Xüsusilə ürək problemi olanlar damar sərtləşməsi və tıxanması kimi ölümcül hadisələri yaşaya bilərlər.

Səhər 09.00: Müdafiə etmə mexanizmin artdığı bir zamandır. Bu vaxtda viruslar zərər verə bilməz. Kortizol hormonu da bu vaxtda ən yüksək səviyyəyə çatır. Aktiv idmanın ediləcəyi saatdır.

Səhər 10.00: Həm zəkanın həm də bədənin açıq olduğu zamandır. İdman və ya zehni məşqlərin rahatlıqla ağır tempdə edilə bilər.

Səhər 11.00: Ürəyin də gücləndiyi zamandır. Aktiv ağır idmanların edilə biləcəyi sərbəst vaxtdır.

Günorta 12.00: Bu vaxtda yavaş yavaş qabiliyyət və məhsuldarlıq düşür. Bədənin güc və dözmə imkanı azalır. Bədəndə istirahət etmə ehtiyacı özünü hiss etdirməyə başlayır.

Günorta 13.00: İnsanın yorğun olduğu zamandır. Yuxu impulsları ən sıx olaraq bu saatda güclənir. Bədən formadan düşür. İş göstəriciləriniz, gündəlik normadan təxminən 20% aşağı düşür. Bədən istiliyi maksimum dərəcəyə çatır. Orqanlar ən aşağı səviyyədə çalışır. Yalnız qaraciyər, günorta yeməyini həzm etdirmək üçün öd kisəsini dövrəyə qoşur. Beləcə yağlar həll edilir. Bu vaxtda məşq etmək, bədəni yormaqla birlikdə maksimum göstəriciləri də artıracağı şübhəlidir. Elmi məlumatlar fərqli cavab versə də, geniş diametrdə və uzun vəd edə ediləcək araşdırmada fərqli nəticələrin çıxacağı müşahidə edilmişdir.

Günorta 14.00: Bədəndə uyğunlaşma davam edir. Bu vaxtlarda diş ağrısı da az olur. Konsentrasiya pozğunluğunun yaşandığı ən sıx zamanlardan biridir. Bir az yatmaq lazımdır.

Günorta 15.00: Bədənin enerjiyə qovuşduğu zamandır. Təkrar aktivləşməyə başlayır. Bu birazda daxili aktivləşmə hesabınadır. Bədəndə istilik düşür və insanlar daha az tərləyir. Ümumiyyətlə idman edilə bilər lakin ağır idmanların dərhal bu vaxtda edilməsi çoxda uyğun düşməz.

Günorta 16.00: Bədənin dayanıqlı və dözümlü olduğu zamandır. Çünki artıq kortizolun təsiri azalır və müdafiə etmə mexanizmimiz yüksək səviyyəsədə icra olunmağa başlayır. Bu vaxtda idman edilməsi idealdır.

Axşam 17.00: Daxili və xarici orqanların fəaliyyəti yüksək səviyyədədir. Qan dövranı və əzələlərin fəaliyyəti tam yerindədir. Qüvvət artımı və oksigen xərclənməsi yüksəlir. Hətta dad bilmə və qoxu bilmənin də ən aktiv zamanıdır. Məşq üçün ideal bir zamandır.

Axşam 18.00: 37,4 dərəcəyə çatmış bədən istilikləri yavaş yavaş düşməyə başlayır. İnsan bədəni istirahət etməyi düşünür. Bütün gün hərəkətsiz də qalsanız bu vaxtda bədən aktiv çalışmaq istəməz. Bir az durğunluq göstərər. Axşam yeməyi üçün uyğun bir zamandır. Məşq üçün uyğun bir zaman deyil.

Axşam 19.00: Təzyiq və nəbz bu saatda düşür. Bədənin istirahət etməyə ehtiyacı olduğu saatdır. İdman üçün çox məhsuldar bir zaman deyil.

Axşam 20.00: Ortalama olaraq 95 milisaniyəsi ilə günün ən qısa reaksiya müddətinə malikdir. Bu vəziyyət qısa müddətdə dəyişir. Saat 22.00-ə doğru azalır. Konsentrasiya və hərəkət qabiliyyəti istiqamətində artır. Bu baxımdan bəzi refleks idmanı tələb edən idmançıların bu vaxtlarda 20-30 dək refleks sürət işləri təklif edilə bilər. Əzələ inkişaf etdirmək üçün bu zamanlar çox da uyğun deyil. Ayrıca dərmanların bədəndə maksimum təsir göstərəcəyi zaman olaraq ifadə edilir.

Axşam 21.00: Həzm orqanları yavaşlamağa başlayır. Bu vaxtlarda çox ağır qidalar istehlak edilməməlidir. Çünki mədənin həzm etmə gücü zəifləyir. Mədə turşusu ifraz olunması azalır və gecə yarısında isə az qala tamamilə dayanır. Qalan yeməklər nə olursa olsun bağırsaq sahəsindəki mukozaya hücum edir. Bilvasitə mədədə bir ağırlıq və turşumaqla birlikdə yuxumuzun da qaçmasına səbəb olur. Bu vaxtlarda məşq çox da məntiqli deyil.

Axşam 22.00: Bu vaxtda ağ qan hüceyrələri aktivləşir. Əgər yüksək nisbətdə dərman götürürüksə bu vaxtlarda azaltmaq və ya heç götürməmək əhəmiyyətlidir. Toksik maddə buraxan edən dərmanlarıda bu vaxtlarda kəsmək uyğundur. Bu saatdan sonra bədənin, zəhərləri parçalama gücü yaxşıca azalır. Böyümə yaşında olan uşaq və gənclərin bu saatlarda yatması lazımdır. Çünki yatdıqdan 1 saat sonra böyümə hormonu aktivləşir və digər zamanlara nəzərən iki qat daha çox icra olunar. Normal olaraq bu vaxtlarda idman etməmək uyğundur. Bədənin başqa bir əməliyyatda olduğu zamandır.

Gecə 23.00: İstirahət etmə vaxtıdır. Sakitləşdirici sinirlər bədənin idarəsini üzərinə götürürlər. Kortizolun ifraz olunması azalır. Sakitləşmə və rahatlama önə çıxır. Maddələr mübadiləsi fəaliyyəti ən alt səviyyədədir. Təzyiq, ürəyin vurma ritmi və bədən istiliyi düşür. Bu vaxtda hormon səviyyəsi enmiş olur. Cinsi hormon səviyyəsini düşünərək və ya bəzi fəaliyyətlərlə artıra bilsəniz də, idman üçün lazımlı anabolik axını hərəkətə gətirə bilmərsiniz Bunu da nəzərə alaraq, bu vaxtlarda məşq etmək doğru deyil. Bu saatda ən uyğun şey yatmağa hazırlaşmaqdır.(muscle.az)




1 şərh “Ən optimal məşq saatı nə vaxtdır?

  1. Nihat

    Men saat 20:00 da ya da 18:00 – da kickbok ede bilirem. İdman muddetin ise 30 deqiqe olur. Uygun zamandir?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir