Ən stresli peşələr

Baxış sayı: 1. 467

Rusiyalı sosioloqlar təhlükəli peşələri müəyyən ediblər. Daha doğrusu, mütəxəssislər günümüzdə hansı peşə sahibləri ilə ehtiyatlı davranmaq lazım gəldiyini müəyyənləşdirib, bunun nəticəsində də ölkədə ən stresli işlərin hansılar olduğunu araşdırıblar.

İlk baxışda şaxtaçı, polis, istehkamçı, yanğınsöndürən və ya xüsusi təyinatlı peşələrinin daha stresli olduğu ağla gəlir. Ancaq bunun elə ilk baxışda belə olduğu üzə çıxıb. Belə ki, sən demə, ən stresli iş sığorta agentlərinin işi imiş. Rəyi soruşulan sığorta agentlərinin 79%-i bildirib ki, gün ərzində kifayət qədər stress keçirirlər.

İkinci yerdə marketoloqlar gəlir. Rəyi soruşulan marketoloqların 73%-i iş zamanı stress keçirdiklərini bildiriblər.

İlk üçlüyü mühasiblər qapayır. Soğruda iştirak edən mühasiblərin 69%-i stresli işlə məşğul olduqlarını bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir