Əncirin xalq təbabətində istifadəsi – RESEPTLƏR

Baxış sayı: 1. 714

Əncirin müalicəvi xüsusiyyətləri insanlara ta qədimdən məlumdur.

Keçmişdə ənciri müxtəlif yaralar, xoralar, irinliklər zamanı müalicəvi vasitə kimi geniş istifadə edirdilər. Əncirin köməyi ilə zəhərlənmə, kişilərdə cinsi zəiflik, iltihablar müalicə olunurdu. Dahi Avisenna bu meyvəni yaşlı insanlar və uşaqlar üçün xüsusilə xeyirli hesab edirdi.

Müasir zamanlarda da əncir xalq təbabətində geniş istifadə olunur.

– Əncir köməkçi müalicəvi vasitə kimi öskürək, bronxit, traxeit, laringit zamanı istifadə olunur.Süddə bişirilmiş əncir nəfəs yolları iltihabları zamanı sınanmış bəlğəmgətirici və iltihabəleyhinə vasitədir.

Bu təbii vasitəni hazırlamaq üçün 1 stəkan süd qaynadılır. 2-3 təzə əncir blenderdən keçirilir, qaynar südə salınır və 2-3 dəqiqə ərzində vam odda qapağı kip bağlı qabda qaynadılır. Daha sonra süd soyudulur və gün ərzində 4 dəfə olmaqla ilıq şəkildə qəbul olunur. Təzə əncir olmadıqda, qurudulmuş əncirdən istifadə etmək olar.

– Əncir (həm təzə, həm də qurudulmuş) çox təsirli işlədici vasitədir. Qəbizlikdən əziyyət çəkən insanlar hər gün 2-3 təzə və ya quru əncir yeməlidir.

Qəbizlikdən əziyyət çəkən insanlar bu kimi təbii dərmandan istifadə edə bilərlər. 100 qr qurudulmuş əncir və 100 qr kişmiş blenderdən keçirilir, 1/2 çay qaşığı zəncəfil tozu əlavə olunur, yaxşı qarıdırılır. Alınmış kütlədən kiçik “kolbasa” düzəldirik və 1 sm qalınlığında tikələrə kəsirik. Hazır dərmanı süşə bankada sərin yerdə saxlayın. Gün ərzində bir neçə belə “həb” yeyin. Bu vasitə həm bağırsaqları işlədir, həm də onları çox yaxşı təmizləyir.

– Əncir insanın ürək-damar sistemi üçün çox xeyirlidir – ürək əzələsini möhkəmləndirir, hipertoniyanın inkişafının qarşısını alır, damarları təmizləyir, qanı duruldur, qanın tərkibini yaxşılaşdırır, trombların əmələ gəlməsinin qarşısını alır və s. Məhz bu səbəbdən həm xaql təbabəti, həm də ənənəvi təbabət ürək xəstəlikləri olan insanlara və ya bu xəstəliklərin profilaktikası üçün hər gün əncir yeməyi tövsiyə edirlər.

Ürək xəstəliklərinin profilaktikası üçün bu kimi təbii vasitə hazırlamaq olar. 100 qr quru əncir, 100 qr ərik qurusu, 100 qr qara kişmiş, 100 qr qoz, 1 limon (qabıqlı) blenderdən keçirilir, 200 qr bal əlavə olunur və yaxşı qarışdırılır. Bu dadlı dərmanı daim gündə 1 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.

– Təzə əncirin əti yanıqlar zamanı dərinin daha tez bərpa olunması üçün istifadə olunur. Əncir soyulur, əti əzilir və yanmış sahələrə qoyulur.

– Xəstəliklər nəticəsində zəifləmiş, cərrahi əməliyyat keçirmiş insanlar üçün əncir çox faydalıdır. Əncir insan orqanizminin tez bərpasına kömək edir.

– Belə hesab olunur ki, əncir xərçəngəleyhinə təsir edir. Xərçəng xəstəliyin profilaktikası üçün tez-tez əncir yemək lazımdır.

– Əncirin əti kosmetologiyada kosmetik maskalar tərkibində geniş istifadə olunur. Belə maskalar üz dərisini cavanlaşdırır, daha təravətli və elastik edir.

– Əncir yarpaqları da çox effektli müalicəvi vasitədir. Əncir yarpaqları yığılır, yuyulur, blenderdə əzilir və alınmış kütlə çibanlar, irinliklər üzərinə qoyulur.

– Əncir yarpaqlarının dəmləməsi angina və stomatit zamanı qaraqara kimi istifadə olunur. 2 xörək qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda 30 dəqiqə ərində dəmlənilir, süzülür və alınmış dəmləmə qaraqara üçün istifadə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir