yaqut qasimova

Endometrioz nədir?

Baxış sayı: 577

Normada endometri (uşaqlığın daxili qişası) uşaqlıqda yerləşir və onun boşluğunu örtür. Endometri boşluq daxilindən kənarda aşkar edildikdə, endometriozdan söhbət gedə bilər. Qəribədir ki, bu sirli toxuma (endometri) ən gözlənilməz yerlərdə (uşaqlıq borusunda, yumurtalıqlarda, sidik kisəsində, düz bağırsaqda, uşaqlıq boynunda, qarın boşluğunda və hətta burun və gözlərdə də) aşkar oluna bilir.

 

Uşaqlıq boynunun endometriozu:

Normada endometri uşaqlıq boşluğunun daxili qatı olmaqla onu örtür. Bəzən endometri uşaqlığın orta qatında (əzələ qarı və ya miometri) yaranır. Bu da elə məhz uşaqlığın endometriozudur. Uşaqlığın endometriozunun başqa adı adenomiozdur. Saytımızda adenomioza həsr olunmuş xüsusi məqalə var.

 

Endometriozun yaranma səbəbi:

Endometriozun yaranma səbəbləri məlum deyil. Bəzi alimlər endometrinin aybaşı zamanı uşaqlıqdan uşaqlıq borularına, yumurtalıqlara və qarın boşluğuna “atılması”ndan bəhs edir. Digərləri hesab edirlər ki, hər şeyin təqsirkarı irsiyyət və bətndaxili inkişafdakı pozğunluqlardır (yəni qız artıq endometriozla dünyaya gəlmiş olur). Üçüncüləri isə iddia edirlər ki, endometriozun əsas səbəbi orqanizmdə hormonal disbalansdır. Endometriozun yaranmasını və hər bir konkret halda xəstəliyin inkişafını izah edən vahid nəzəriyyə hələ ki, yoxdur.

 

Endometriozun simptomları:

Endometrioz heç də həmişə özünü büruzə vermir və qadınların 1/3-də ümumiyyətlə heç bir simptom yaratmır. Çox vaxt qadın bu xəstəliyi yalnız hamiləliyi planlaşdırarkən sonsuzluqla üzləşdikdə, aşkar edir.

 

Endometrioz zamanı hamilə qalmaq olarmı?

Şübhəsiz, olar. Bəzi hallarda endometrioz hətta sonsuzluğa gətirib çıxarsa belə, müalicə və köməkçi reproduktiv texnologiyalar hamilə qalmaqda köməklik edər.

ENDOMETRİOZ

Endometriozun niyə sonsuzluğa səbəb olması:

Bu suala birmənalı cavab yoxdur. Cinsi orqanların fəaliyyətinin pozulmasına gətirib çıxaran parlaq ifadəli endometriozda sonsuzluğun səbəbi aydın olsa da, xəstəliyin kiçik (yüngül) forması olan qadınlarda sonsuzluğu izah etmək kifayət qədər çətindir. Endometrioz zamanı sonsuzluğun ən ümumi səbəblərindən biri bitişmələrdir. Bitişmələr bərk birləşdirici toxumadan təşkil olunan və möhkəm hörümçək toruna bənzəyən kəndirlərdir. Bu tor yumurtalıqları hər tərəfdən əhatə edə və ovulyasiya vaxtı yumurta hüceyrəsinə çıxmaq imkan verməyə və ya uşaqlıq borularını dartmaqla onlarda keçidi poza bilir. Bitişmələr hətta endometriozdan tam müalicə olunduqdan sonra da qala bilir və onlardan yalnız əməliyyatın köməyi ilə yaxa qurtarmaq olur.

 

Bitişmələrin olub-olmadığını necə müəyyən etmək olar?

Bitişmələrin olub-olmadığını bilmək üçün bir neçə üsul var.

Birinci üsul kiçik çanaq orqanlarının USM-dir. Bu, o qədər də yaxşı üsul deyil, çünki həkimə yalnız bitişmələrin dolayı əlamətlərini (yumurtalıqların uşaqlığa nisbətdə qeyri-normal vəziyyətini, yumurtalıqların kapsulasının qalınlaşmasını) görmək imkanı verir. Bəzən isə heç bu da mümkün olmur.

Ikinci metod histerosalpinqoqrafiyadır. Bu, uşaqlıq borularının keçiriciyini müəyyən etməyə imkan verir. Uşaqlıq boruları keçirici deyildirsə, onda müalicəsiz hamiləlik mümkün deyil. Histerosalpinqoqrafiya yumurtalıqlar nayihəsində bitişmələrin olub-olmadığını göstərə bilmir. Buna görə də bu da universal diaqnostika metodu deyil.

Bitişmələrin aşkarlanmasına və müalicəsində 100% nəticə verən metod laparoskopiya adlanan əməliyyatdır. Laparoskopiya zamanı cərrah cinsi orqanlarına baxış edir və hamiləliyə mane olan yumurtalıqlar nayihəsində və ya uşaqlıq borularında bitişmələrin olub-olmadığını müəyyən edə bilir. Bu cür bitişmələr aşkarlandıqda, onlar dərhal kəsilir və daxili orqanların normal fəaliyyəti bərpa olunur.

 

Mama-ginekoloq Yaqut Qasımova




1 şərh “Endometrioz nədir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir