Ailə həyatında ərlə arvadın bir-birinə söylədiyi ciddi yalanlar sonda ailənin dağılmağına gətirib çıxara bilər.
Amma bəzən elə yalanlar olur ki, onlar zərərsiz yalanlardır. Məcburi şəkildə söylənilmiş, qarşısındakı insanı incitməmək üçün deyilmiş sözlər. Bəzən məhz belə yalanları söyləməmək ailədə problemlər yarada bilir.
Beləliklə, ərlə-arvadın bir-birinə ən çox dediyi 10 yalanı təqdim edirik:
1. “Əzizim sən get dostlarınla əylən, mən uşaqlara baxaram”.
2. “Əlbəttə, sənin yeməklərin anamınkından daha yaxşıdır”.
3. “Porno? Nə pornosu? Sənin kimi biriylə sevişmək varsa, niyə iki nəfərin sevişməsini izləyim ki?”
4. “Mənim üçün dünyanın ən gözəli sənsən. Mənim üçün!”
5. “Mən xoruldayıram ki?”
6. “Elə də bahalı bir şey deyil… Cəmi 20 manat vermişəm”.
7. “Narahat olma, arıqsan”.
8. “Təzə müdir işləri mənə qoyub gedib. Hardasa 2-3 saat gecikəcəm”.
9. “Sənin zövqünə hamıdan çox inanıram”.
10. “Elə 3 gün qalacaq? Anana de bir az çox qalsın”.