Tərkibi:
1 st. un
1 st. mannı
1 st. şəkər tozu
1 st. kokos yonqarı
1 st. qatıq
1 st. qoxusuz bitki yağı
1 yumurta
2 ç.q. vanilli şəkər
2 ç.q. qabartma tozu
20 ədəd badam (bəzək üçün)
şərbət:
1/2 st. şəkər tozu
1/2 st. sud
2 x.q. limon şirəsi
Bir qabda un, mannı yarması, şəkər tozu, kokos yonqarını, vanilli şəkəri və qabartma tozunu qarışdırın.
Qatıq və bitki yağını əlavə edin.
Yumurtanı çəngəllə yüngülcə çalın.
Ümumi qarışığa əlavə edin. Yaxşıca qarışdırın.
Formanı yağlayın (25×25 sm). Basbusa qalın olmasın deyə sininin iri olması daha yaxşı olar. Xəmiri tökün, sinini əlinizlə hərəkət etdirərək xəmirin bərabər yayılmasına çalışın.
Üzərinə gözəyarı bərabər məsafələrdə badamları düzün (basmaq lazım deyil).
180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin.
Dərhal da şərbət bişirin ki, soyumağa macal tapsın.
Qazançaya şəkər tozu, su, limon şirəsi (təxminən limonun 1/3-i) tökün. Ocağın üstə qoyub qarışdırın, qaynara düşəndən sonra 2-3 dəqiqə bişirin. Hazır şərbəti soyudun.
Bişmiş piroqu da təxminən 20 dəqiqə soyudun.
İti bıçaqla piroqu düzbucaqlı hissələrə doğrayın, elə edin ki, hər birinin ortasına bir (yaxud bir neçə yanaşı) badam düşsün.
İsti piroqun üstünə soyumuş şərbəti qaşıqla tökün. Aralarına şərbət gəzdirməyi də unutmayın.
Piroqu tam soyudun.
Yumşaq qalması üçün basbusanı paketdə saxlayın. (Resept milli.az-dan götürülüb)