Stres gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib. İstər şəxsi, istərsə də özümüzdən asılı olmayan səbəblərdən hər gün əsəb, stres yaşaya bilərik. Bəzən günlərlə bu stresi üzərimizdən atmağa çalışsaq da bacarmırıq.
Lakin dietoloqlar heç bir dərman və ya başqa vasitə qəbul etmədən, sadəcə, düzgün qidalar seçməklə stresdən azad olmağın yollarını göstərirlər.
“Gencaile.az” Musavat.com-a istinadən insanı stresdən azad edən qidaları təqdim edir:
Çiy yeyilən təzə meyvə və tərəvəzlər: Təzə meyvə və tərəvəzlər tamamilə mexaniki bir şəkildə stresi azaltmağa kömək edə bilər. Məsələn, kərəviz və ya kök çənə əzələlərinizi işlədərkən gərginliyinizi də azalda bilər.
İspanaq: Bol maqnezium mənbəyi olan ispanaq stresin başağrısı, yorğunluq kimi təsirlərini aradan qaldırır.
Badam: Təkibindəki E və B vitaminləri ilə stresinizi yox edir və əsəblərinizin sakitləşməsini təmin edir. Badam həm də immunitet sisteminizi də gücləndirən bir qidadır.
Yağlı balıq: Stresinizi nəzarət altında tutmaq üçün yağlı balıqlar da menyunuzdan əksik etməyin. Somon və ton balığı kimi balıqlarda olan omega-3 yağ turşuları, stres hormonlarının artmasının qarşısını almaqla, ürək xəstəliyi, depressiya kimi əhval pozuqluqlarına qarşı da qoruyucu təsir göstərir. Özünüzü yaxşı hiss etmək istəyirsinizsə, həftədə ən azı iki dəfə yağlı balıq yeyin.
Avakado: Yüksək qan təzyiqini azaltmaq üçün ən yaxşı üsullardan biri də yetərli miqdarda kalium qəbul etməkdir. Yarım avakado və ya bir ədəd bananda çox miqdarda kalium var.
Karbohidratlar kompleksi: Bütün karbohidratlar xoşbəxtlik qaynağı olan serotonla zəngindir. Özünüzü yaxşı hiss etmək üçün daha yavaş həzm olunan tam taxıllı səhər yeməkləri, yulaf əzməsi kimi kompleks karbohidratları seçin. Bu cür karbohidratlar qan şəkərinin səviyyəsini qoruyarkən özünüzü də xoşbəxt hiss etmənizi təmin edər.
Portağal: Tərkibində yüksək miqdarda C vitamini olan portağal immunitet sisteminizi gücləndirərkən stres hormonlarını da azaldır. Aparılan araşdırmalara görə stresli bir işə başlamazdan öncə C vitamini qəbul edən şəxslərdə yüksək qan təzyiqi, stres hormonu olan kortizol səviyyəsi daha sürətli normala dönür.
Antep fıstığı: Antep fıstığı, habelə digər fındıq növləri orqanizmin qəbul edə biləcəyi ən sağlam yağlar üçün əvəzedilməz qaynaqadır. Hər gün bir ovuc püstə, qoz, badam kimi düzgün qurudulmuş quru meyvələri qəbul etmək şəkərli diabet riskini azaltmaqla yanaşı, bədəndən xolesterolu təmizləməyə də yarımdçı olur və stresin təsirlərini azaldır.
Qara çay: Qara çay içmək stresdən daha tez xilas olmanıza kömək edə bilər. Tibb mütəxəssislərinin apardığı bir təcrübə də bunu təsdiqləyib. Belə ki, təcrübə üçün seçilmiş insanları iki ayrı qrupa bölərək, 6 həftə boyunca birinci qrupa gündə 4 stəkan qara çay, digər qrupa isə başqa bir içki verilib.
6 həftənin sonunda hər iki qrupda yer alan insanların vəziyyəti müqayisə edilib və qara çay içənlərin daha sakit və stressiz olduğu, onlarda stres hormonu olan kortizol səviyyələrinin digər qrupdakılara nisbətən daha aşağı olduğu müəyyən edilib. Lakin qəhvə və kofein tərkibli içkilər stres hormonlarını və qan təzyiqini yüksəldə bilər.