əsəb

Əsəblərinizə nəzarət etmək üçün 10 tövsiyə

Baxış sayı: 1. 512
Tıxaca düşürsünüz əsəbiləşirsiniz. Uşağınız sözünüzə baxmır əsəbiləşirsiniz. İşiniz düyünə düşür əsəbiləşirsiniz… Əslində əsəb çox normal bir hissdir. Ancaq hər şeyin artığı ziyan olduğu kimi, əsəbin də artığı ziyandır. Elə isə nə etməli?
1. Bir neçə dəqiqəlik fasilə verin. Sonra 10-a qədər sayın. Nə qədər qəribə də olsa, bu, əsəblərinizi sakitləşdirməyə kömək edəcək.
2. Sizi əsəbləşdirən mühitdən (və ya yerdən) uzaq olun. Ən azı əsəbləriniz soyuyana qədər…
3. Sakitləşdikdən sonra nə üçün əsəbiləşdiyinizi müəyyən edin.
4. İdman da sizə “vəziyyətdən çıxmaq” üçün ən yaxşı yol ola bilər. Başqa sözlə, əgər əsəbiləşmisinizsə, qaçın, ya da üzün. Əlbəttə ki, bu siyahıya başqa idman növlərini də əlavə etmək olar.
5. Bir söz deməzdən əvvəl düşünün. Bu, sizə daha çox sonradan peşman olacağınız səhvlərə yol verməmək üçün vacibdir. Digər tərəfdən, demək istədiklərinizi yazmaq da sizin üçün faydalı ola bilər.
6. Problemlərinizi böyütməyə yox, əksinə həll etməyə çalışın.
7. Problemlərinizi ifadə edərkən “mən” sözünə üstünlük verin. Məsələn, “Unutma ki, ev işlərində mənə kömək etməlisən” demək əvəzinə “Bu axşam ev işlərində mənə kömək etmədiyin üçün məyus oldum” deyin. Yer, gəlmişkən, bu, sizi qarşı tərəfi günahlandırmaq (və ya ittiham etmək) təhlükəsindən də xilas edə bilər.
8. Bağışlamağı bacarın. Əgər qarşı tərəfi bağışlamağı bacarsanız, bu ikiniz üçün də yaxşı olar. Çünki hər kəsdən sizin istəyinizə uyğun hərəkət gözləmək doğru olmaz.
9. Gərginiliyi azaltmaq üçün yüngül zarafatlardan istifadə edin. Və ən əsası “xoşagəlməz” sözlərdən uzaq olun. Əks halda, işiniz daha da çətinə düşə bilər.
10. Sakitləşdirici üsullardan istifadə edin. Çünki bu, sizə əsəblərinizə nəzarət etməyə kömək edər. Bunun üçün dərindən nəfəs almağı, sakitləşdirici bir mənzərəyə tamaşa etməyi və ya “sakitləşdirici” bir sözü təkrar etməyi sınaqan çıxara bilərsiniz. Başqa bir üsul isə musiqi dinləmək, yaxud da, şeir və ya hekayə yazmaq ola bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir