“Gencaile.az” saytının “Həkimim” rubrikasının qonağı şüuraltı elmlər üzrə mütəxəssis, hipnoterapevt Esmira Atifidir.
– Esmira xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
– Mən özüm tibb işçisiyəm. 13 il laboratoriyada işləmişəm. Baxmayaraq ki, bu sahəni çox sevirdim, amma həmişə mənə elə gəlirdi ki, həyatımda sanki nəsə əskikdir. Məhz laboratoriyada işlədiyim dönəmdə özümdə hazırkı mistik gücümü, hipnoterapiyadakı bacarığımı kəşf etdim. Artıq 7-8 ildir bu sahədəyəm və bu işlə məşğul olmaq həyatımda böyük dönüş yaratdı. Bu işlə məşğul olmaq mənə hadisələrə daha soyuqqanlı yanaşmağı, həyatımda baş verən hər hansı xoşagəlməz hadisənin təsirindən daha tez çıxmağı, proseslərdən daha uğurlu nəticələr çıxarmağı öyrətdi.
– Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
– Seanslarım olur gündəlik. Bakı ilə yanaşı ölkənin müxtəlif rayonlarında seanslar keçirəm. Həçminin təlimlər keçməyi də nəzərdə tuturam. Həm paytaxt Bakıda, həm də Azərbaycanın müxtələlif bölgələrində təlimlər üçün hazırlıqlarımız davam edir.Kliniki Psixologiya üzrə təhsil alıram eyni zamanda. Yəni hədəflərim böyükdür. İşlərimin çoxluğu səbəbindən vaxt məhdudiyyəti yaşasam da, hədəflərimə çatmaq üçün çalışıram.
– Adətən sizə daha çox nə ilə bağlı müraciət edirlər?
– OKP (obsessiv kompulsiv pozuntu) və panik atak problemi ilə müraciət edənlər xüsusən çoxdur. Həmçinin kəkələmə, siqareti tərgitmək, imtahan həyacanı, keçmişdən gələn travmalar, stress, qorxu, sağlam və qalıcı kilo vermək, pulla bağlı şüuraltı travmalar, qadın və kişi sonsuzluğu, ailə terapiyası (uşaqlar ilə individual seanslar) və s. problemlərin həlli ilə bağlı prosedurlar üçün müraciətlər olur.
– Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?
– Müalicəsi bizim terapiya vasitəsilə olmayacaq heç bir insana maddi və mənəvi ziyan dəyməsin deyə “yox” deyirəm. Prinsipcə, məncə, bütün insanlar öz həyatını dəyişmək gücünə sahibdirlər. Bizim gələcək həyatımız demək olar ki, hələ ana bətnində olduğu vaxtdan 7-9 yaşına qədər şüuraltında toplanmağa başlayır və insan doğulduqdan sonra bütün kodlaşdırılmış həmin prosesləri yaşayır, amma insan əgər özündə həyatını dəyişəcək gücü tapsa, daha rahat yaşayar və problemlərlə mübarizə aparmağa özündə güc tapar. Düzdür, bunu hər hansı şüuraltı elmlər mütəxəssisindən dəstək almaqla da etmək olar, amma insan fərdi olaraq da bunu bacarar.
– Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
– Düzü, bu sualın cavabı haqda düşünərkən ağlıma nəsə gəlmir. Çünki lap uşaqlıqdan özümdəki qeyri-adi gücün fərqindəydim və bu bacarığı üzə çıxarmağın, inkişaf etdirməyin yollarını axtarırdım. Bu məqsədlə o qədər təlimlərə qatılmışam ki… Dinlədiyim psixoloqların, internet üzərindən fikirləri ilə tanış olaraq bilgi sahibi olduğum mütəxəssislərin sayı hesabı yoxdur bəlkə də.
Hazırladı: İlahə Atəş
Bildiyim qədəriylə hipnoz zehni və ya somatik xəstəliklərin müalicəsində istifadə olunur.
Esmira xanım, hipoterapiya üçün göstərişlər hər hansı bir psixoterapiya ilə eynidır?
Hipnozçudan fərqli olaraq, hipnoterapistin məqsədi xəstəni hipnotik trans vəziyyətinə salmaq deyil, probleminə cavab vermək və ona daha yaxşı ruhi sağlamlıq gətirməkdir. Hipnoz yalnız hipnoterapist üçün bir vasitədir və özlüyündə bir məqsəd deyil.
Hipnozla bağlı müxtəlif fikirlər var. Bəziləri bunu elm kimi qəbul etdiyi halda, bəziləri də sadəcə illuziya olduğunu deyir. Əgər ikincidirsə, deməli, neçə onilliklərdir bizi aldadıblar? Sağ olsa, psixoanalizin banisi Ziqmund Freyddən bunu soruşardıq…Amma heyfslənməyə dəyməz. İndi ölkəmizdə özlərinin dəqiq fikirləri ilə uzun çəkən həmin müzakirələrə birdəfəlik son qoymağa qadir mütəxəssislər var. İnşallah, bu xanım da onların sırasında olar.
Hipnoz ve Hipnoterapi Hipnoz, kişinin bilinç altı unsurlarına ulaşmayı amaçlayan bir tekniktir. Hipnoterapi ise, hipnoz tekniğinin kişiye uygulandığı sırada yapılan tedavi yöntemi olarak tanımlanabilmektedir. Diğer bir deyişle hipnoterapi, kökeni hipnoza dayanan yöntemler uygulanarak gerçekleştirilen tedavidir. Hipnoz ile hipnoterapinin kavranabilmesi için aralarındaki temel tanımsal farkları ele almak faydalı olacaktır.
Bu hanım işini duygularıyla yapan birisi gibi gözüküyor. Zann edersin ki tüm gücüyle bu işe sarılmış. Zaten röportajda da başka bir işde görevliyken bırakarak geldiğini anlatıyor. İş.aşkı bu olsa gerek. Başarılar dilerim