Təzə ətin rəngi parlaq qırmızı olur. Xoş iy verir. Yağ lifləri asanlıqla görünür.
– Dana əti alarkən yağlarının məsaməsiz və ağ olmasına diqqət yetirin.
– Soyutma və digər ət yeməkləri üçün ətin bud və döş hissələrini seçin.
– Qiymə üçün ətin boyun və ayaq hissələri daha məqsədəuyğundur.
– Qızartma üçün daha çox kürək ətinə üstünlük verin.
– Döş quzunun ən yağlı hissəsidir. Ancaq sümüksüz əti az olduğu üçün quzu döşünü sümüyü ilə birlikdə doğramaq məsləhətdir.
– Ətin buzunu açmaq üçün üzərinə duz tökün. Bir neçə dəqiqə sonra buzun əridiyini, ətin isə yumşaldığını görəcəksiniz.
– Ətin xarab olmasından şübhələnirsinizsə, ətə bir şiş batırın. Əgər şişdə qoxu varsa, de-məli ət xarabdır.
– Əti bişirməzdən bir saat əvvəl soyuducudan çıxarsanız, daha yumşaq və daha ləzzətli olar.
– Buz yerindən çıxardığınız əti buzu açılmaq üçün soyuducunun aşağı hissəsinə qoyun. Əgər isti şəraitdə buzunu açmağa çalışsanız, protein itkisinə səbəb ola bilər.
– Dondurulmuş ətin buzunu açdıqdan sonra yenidən dondurduqda vitamin itkisinə məruz qalır və zərərli mikroorqanizmlərin çoxalması asanlaşır.
– Gec bişən ətləri daha tez bişirmək üçün qazana bir parça çörək içi atın.
– Əti sümüyündən ayırmadan bir müddət günəbaxan yağında saxlasanız, həm yumşaq, həm də ləzzətli olar.
– Bir gün əvvəldən qalan soyutma əti doğrayıb bir qazana tökün və üzərinə çoxlu pomidor doğrayıb vam odda bişirin.
– Ət suyu hazırlayarkən əti mütləq soyuq su ilə pörtlədin. Beləliklə, ətin dadı bütün ye-məyə eyni paylanacaq.
– Ət suyu hazırlayarkən odun yuxarı və ya aşağı olması çox vacibdir. Məsələn, əti əvvəlcə çox yuxarı odda iki buğum qaynadıb köpüyünü alın. Sonra aşağı odda qaynamağa qo-yun. Bu müddət ərzində ətin dadını və ləzzətini saxlaması üçün qapağın kənarlarını xə-mirlə bağlayın.
– Əti qaynadarkən köpüklənməsinin qarşısını almaq üçün bir yumurta ağını yaxşıca çır-pın və əti qaynatdığınız suya tökün.
– Ətləri mütləq orta və aşağı temperaturda qapağı bağlı şəkildə bişirin. Yuxarı tempera-turda bişirdikdə ətin rəngi qaralır və ətdə sağlamlıq üçün zərərli maddələr meydana gə-lir.
– Ət suyunu soyuducuya qoymazdan əvvəl daha tez soyutmaq üçün qazanı bir qaba qoyun və ətrafına soyuq su tökün.
– Sümük iliyi ət suyunun və ətli yeməklərin ləzzətini artırır. Ancaq çalışmaq lazımdır ki, sümüyü qaynadarkən iliyi içindən çıxmasın.
– Sümüyü qazana su qaynamağa başladıqdan bir az sonra atın. Beləcə, iliyin əriyib suya qarışmasının qarşısını almış olarsınız.
– İliyin sümükdən çıxmasının qarşısını almaq üçün sümüyün açıq hissəsini yerkökü ilə də bağlaya bilərsiniz.
– Əti və ya toyuğu qaynadarkən meydana gələn qoxunun qarşısını almaq üçün qazanın içinə bir baş soyulmuş soğan atın.