Pandemiyaya görə artıq bir çox işlərimizi internetdə görürürük. Bu da əlavə təhlükəsizlik tələb edir. İnternetdə istifadə etdiyimiz hesablar üçün xatırlaya biləcəyimiz çox asan şifrələrdən istifadə etməyi üstün tuturuq. Amma bu doğru bir üsul deyil. Əgər hesablarınızın təhlükəsizliyini qorumaq istəyirsinizsə, sizə məsləhət gördüyümüz bir neçə detala diqqət edərək təhlükəsiz bir şifrə yarada bilərsiniz. “Mənim hesabımı kim nə etsin?” deyə düşünməyin. Bütün işlərimizi internetdə gördüyümüzə görə artıq təhlükəsizliyə riayət etməliyik.
Beləliklə, şifrənizi daha etibarlı hala gətirmək üçün bir neçə üsulu təqdim edirik:
Şifrənizdə təxmin edilə bilən məlumatlarınızı, yəni adınızı, doğum tarixini, yaşı, qohum-əqrəba adı, yaşadığınız yer kimi məlumatlardan istifadə etməyin.
1)Rəqəmlər və hərflər
Şifrənizdə ard-arda olan rəqəmlərdən istifadə etməyin. Çalışın qarışıq rəqəmlərdən, böyük və kiçik hərflərdən istifadə edin. Hətta özəl simvollardan da (@,#,&^) istifadə edərək şifrənizi daha qarışıq və güvənli hala gətirə bilərsiniz.
2) Uzunluq
Şifrənizin təhlükəsizliyi üçün məsləhət görülən uzunluq ən azı 8 və ən çox 12 simvoldur. Şifrəniz 8 simvoldan çox olsa, daha güvənli olacaq.
3) İki addımlı güvənlik sistemi
İki addımlıq doğrulama sistemi, sistemə daxil ediləcək istifadəçinin həqiqətən bu istifadəçi olub-olmadığını yoxlamaqdan ibarət olan əsas təhlükəsizlik mərhələlərindən ibarətdir. Bu ikinci təhlükəsizlik təbəqəsi yalnız insana məxsus olan və yalnız şəxsin özündə olan xüsusi məlumatları ehtiva edir. Bu sistemi aktiv edərək təhlükəsizliyi iki qat güclü hala gətirə bilərsiniz.
4) Şifrənizi mütəmadi olaraq dəyişdirin
Hesabınız təhlükəsiz kimi görünsə də, ola bilər ki, şifrəniz hər hansısa bir hackerin əlindədir, lakin o bir tədbir görmür. Bu səbəbdən şifrənizi mütəmadi olaraq dəyişdirin və çalışın köhnə qoyduğunuz şifrələrdən istifadə etməyin.
5) Şifrə menecerindən istifadə edin
İnsanlar, adətən şifrələrini xatırlamaq üçün ya bir kağızda not edir, ya da hər hesabı üçün eyni şifrədən istifadə edir. Amma şifrələrinizi yazdığınız kağız kiminsə əlinə düşə bilər. Yaxud bir hesabınız ələ keçirildiyində, eyni şifrədən istifadə etdiyinizə görə digər hesablar da təhlükə altında ola bilər. Bu iki vəziyyətə düşməmək üçün hər hesabınız üçün ayrı şifrələr təyin edin, kompyuter və telefonunuzda bir şifrə menecerindən istifadə edin.