heyvan

Ev heyvanı bəsləyənlər çoxalıb: Sevgi, yoxsa dəb?

Baxış sayı: 515

Ev heyvanı bəsləmək dəb halını alıb. İstər xarici ölkələrdə, istər Azərbaycanda evdə heyvan saxlayan insanların sayı kifayət qədərdir. Ailələrin bəslədiyi bu heyvanlar xüsusilə balacaların canlı oyuncağına çevrilir. Ev heyvanı dedikdə isə ilk ağıla gələn it və pişik olur. Uşaqlar heyvanlara olan sevgisini göstərmək üçün onlarla yaxın təmasda olur, onları sığallayır, öpürlər.

Lale Mehrali

Sosioloq Lalə Mehralı bildirir ki, son vaxtlar ev heyvanları saxlayan şəxslərin şahidi oluram:

“Xüsusilə də evdə pişik, dovşan, kirpi və daha çox cins itlər saxlayan insanlar var. Kimliyindən asılı olmayaraq bir canlıya ünvanlanmış sevgi yalnız müsbət qarşılana bilər. İnsanlara qarşı amansızlığın, heyvanlara qarşı qəddarlığın ərşə qalxdığı dünyamızda bu cür davranış olduqca yaxşı qarşılanmalıdır. Bir heyvana qucaq açmaq, baxmaq insanda mərhəmətin, sevginin, məhəbbətin, xeyirxahlığın və bütün yaxşı xüsusiyyətlərin toplanması deməkdir. Bəzən insanlar meylini o qədər bir canlıya salır ki, evlənmək və ailə qurmaq ona ikinci planda duran iş kimi gəlir. Fikirləşir ki, sevgisini yönəldə biləcək və həyatını bölüşəcək bir heyvanı varsa ailə qurmaq əhəmiyyətsizdir. Bəzən şahidi oluruq ki, ata anasını ikinci plana atan, zəng edib marsqlanmayan insanlar evində 4-5 heyvana baxır. Əgər ətrafa zərər vermirsə, kimsə, bundan şikayətçi deyilsə, istədiyi qədər heyvana ev sahibliyi etmək gözəl davranışdır. Düşünmək lazımdır ki, pişiklərin səsi və ya ifrazatı ətrafı narahat edə bilər və ona görədə çəki düzən verməlidir”.

heyvanlar

Sosiloq əlavə edir ki, bir insan övladına yox itə pişiyə sevgi verirsə, bu onun daxilindən gələn bir hissdir:

“Övladdan, bacıdan, qardaşdan və valideyndən əsirgənən sevgi heyvana yönəlirsə, bu insanın psixoloji vəziyyətində natarazlıq olduğunun göstəricisidir. Normal insan övladını və digər sevdiklərini heyvana olan sevgisi ilə eyni tərəziyə qoymamalıdır. Hər sevginin özünün ünvanı var. Bəzən deyirlər ki, bir insan oğlunu başqa qızını isə bir başqa cür sevir. Bu o demək deyil ki, oğlunu az qızını çox sevir və yaxuddakı əksinə. Bu o deməkdir ki, qıza yönələn sevginin mənşəyi, mənbəyi ayrı, oğlana yönələn sevginin strukturu isə ayrı cür olur. Biz valideynimizi, övladımızı bir birindən fərqli sevirik. Valideyn sevgisi ayrı, övlad sevgisi isə ayrıdır. Eləcə də heyvanlara qarşı olan sevgi fərqlidir. Övladımızı sevgidən məhrum edib bütün sevgini heyvanlara yönəltsək, övladımızın gələcəyini təhlükəyə atmış oluruq. Yəni sevgisiz, məhəbbətsiz, nəzarətsiz, gələcəkdə ətrafa qarşı laqeyd və cəmiyyətə adaptasiya olmayan bir övlad yetişdirmiş oluruq. Bəzən görürük ki, küçədə 4-5 it gəzdirən insanlar var. Həmin itləri gəzdirərkən ətrafdan diqqət cəlb edirlər. Gəzdirdikləri itlər kifayət qədər böyük cinsli itlər olur. İnsanlarda belə bir fikir formalaşa bilər ki, onlar ətrafın özlərinə diqqətini qazanmaq üçün bu yola ət atırlar. Hesab edirəm ki, bu cür itlərin baxımı məsuliyyət tələb edir və qidalanmasıda baha başa gəlir. Başqalarının diqqətini cəlb etmək üçün bir insan niyə bu qədər yükün altına girsin. Məncə içlərindən gələn bir sevgidir”.

 

Fidan Həmişəyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir