1368634851_untitled-

Ev şəraitində pilinqinecə edilir?

Baxış sayı: 2. 765

Ev şəraitində pilinqi necə edilir?

Əziz xanımlar, bu xəbərimizdə “Ev şəraitində üz pilinqi necə edilməlidir” sualına aydınlıq gətirməyə çalışacağıq.Bundan başqa, təbii üz pilinqinin edilməsi qaydalarını öyrənmiş olacaqsınız. Yapon pilinqi Düyü unu və isti suyu qarışdırıb krem halına gətirin.Qalın bir təbəqə kimi üzünüzə sürtün.10 dəqiqə sonra üzünüzə dairəvi hərəkətlərlə masaj edərərək iliq suyla yuyun. Qoz pilinqi (Həssas dərilər üçün) 2 yemək qaşığı qoz ləpəsi, yarım yumurtanın sarısı, 2 qaşıq kərə yağı. Qozu un halına gələnə qədər əzin, kərə yağı və yumurta sarısını əlavə edin, qarışdırın. Üzünüzə dairəvi masaj edərək tətbiq edin.10 dəqiqə sonra isə iliq suyla yuyun. Fıstıq pilinqi (Yağlı dərilər üçün) 2 yemək qaşığı fıstıq, 2 çay qaşığı limon suyu, 2 çay qaşığı nar suyu. Fıstıqların qabıqlarını təmizləyin, un halına gələnə qədər əzin. Limon və nar suyu əlavə edin, yaxşıca qarışdırıb üzünüzə çəkin.10 dəqiqə sonra isə iliq suyla yuyun. Canlandırıcı pilinq Kökü rəndələyin, yarım çay qaşığı yulaf unu əlavə edin, yaxşıca qarışdırın. Üzünüzə tətbiq edin. 20-25 dəqiqə gözlədin, ilıq suyla yuyun. Bal pilinqi 2 yemək qaşığı arı balını isti suda əridin, bir az soyudub, yarım limonun suyunu və 1 yemək qaşığı buğda kəpəyini əlavə edin. İlıq qarışığı üzünüzə çəkib yarım saat gözləyin, daha sonra ilıq suyla yaxşıca yuyun. Pendir pilinqi 1 çay qaşığı düyü unu, 2 yemək qaşığı pendir, yarım çay qaşığı zeytun yağını qarışdırıb, üzünüzə çəkin. 15 dəqiqə gözləyin.Sonra iliq suyla yuyun. Yumurta pilinqi 1 yumurta sarısı, 1 çay qaşığı qatıq, yarım çay qaşığı döyülüb un halına gətirilmiş yumurta qabığı. Hamısını qarışdırın, maska kimi tətbiq edin. 20 dəqiqə sonra üzünüzdən çıxarıb,üzünüzə nəmləndirici krem çəkin. Şəkər pilinqi (Yağlı dərilər üçün) Üzünüzü uşaq sabunuyla sabunlayın. Sonra toz şəkəri dairəvi hərəkətlərlə üzünüzə sürtün. 15 dəqiqə qurumağa buraxın. Sonra yuyun. Turp pilinqi 1 yemək qaşığı duz, 1 yemək qaşığı rəndələnmiş kök, 1 yemək qaşığı bitki mənşəli yağ, 3 damla nanə yağı. Hamısını yaxşıca qarışdırın, duzlanılmaması üçün gözlətmədən dərhal üzünüzə tətbiq edin.10 dəqiqə sonra isə iliq suyla yuyun. Həssas dərilər üçün pilinq: Bitki yağı (lavanda, nanə, gül, çobanyastığı – bunlardan birini seçin), yulaf unu (və ya kəpəyi) və jojoba yağı. Yulaf ununu az miqdarda isti suda əridin, üzərinə jojoba yağını və bitki yağını əlavə edin, qarışdırın. Üzünüzə sürtün, 10 dəqiqə gözləyin. Sonra masaj edərək ilıq suyla yuyun. Sızanaqlı dərilər üçün pilinq Alma, üzüm, kivi, kələm – bunların hamısının suyunu çıxarın, təmizlənmiş üzünüzə sürtün və 10 dəqiqə gözləyin.Sonra iliq suyla yuyun və üzünüzə nəmləndirici krem çəkin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir