Raffaello

Ev şəraitində Raffaello necə hazırlanır?

Baxış sayı: 1. 740

Raffaello zərif dadı ilə bütün xanımların əvəz olunmazıdır. Çoxları bu ləziz dadı özü hazırlamaq istəyir. Amma necə bunu bilmir. Ev şəraitində Raffaello hazırlamaq istəyirsiniz, əziz xanımlar? O zaman gəlin birlikdə hazırlayaq!

İçindəkilər:

Kokos qırıntısı – 125 qram

Qatılaşdırılmış süd – 200 qram

Kərə yağı – 25 qram

Vanil – 5 qram

İçlik üçün:

Qovrulmuş badam ləpəsi və ya qovrulmuş fındıq ləpəsi – 100 qram

Üzəri üçün:

Şokolad –  60 qram

Hazırlanması

Kərə yağı su buxarında əridilir, üzərinə qatılaşdırılmış süd, vanil, kokos qırıntısı əlavə edilib qarışdırılır əllə. Əlinizə gigenik olsun deyə əlcək geyinə bilərsiniz. Hazırlanmış kütlə soyuducuda 1 saat saxlanılır. Kütlədən kiçik küftələr düzəldilib, içərisinə ləpə qoyulub, bükülür.Küftəciklər kokos qırıntısına batırılıb yenidən soyuducuya qoyulur. Şokolad su buxarında əridilib, soyudulur. Əridilmiş şokolad qənnadı salafan torbaya yığılıb “raffaello”nun üzərinə müxtəlif bəzəklər vurulur. Bəzəkləri zövqə görə vurmaya də bilərsiniz.

Nuş olsun!

“Foxy.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir