ayaq

Evdə ayaqyalın gəzənlərə XƏBƏRDARLIQ: bu xəstəliklərə tutula bilərsiniz

Baxış sayı: 693

Mütəxəssislər evdə ayaqyalın gəzməyin sağlamlığa zərərli olduğunu bildirir.

“Gencaile.az” saytı xarici KİV-ə istinadən məlumat verir ki, evə çatan kimi ayaqqabılarınızı kənara atmaq, istirahət etmək üçün evdə çılpaq ayaqla gəzmək təhlükəli nəticələnə bilər. Ev ayaqqabıları olmadan gəzmək ayaqlarınızın sağlamlığı və gözəlliyi üçün xoşagəlməz nəticələrə səbəb olar.

 

1. Ayaqlarınız bakteriyalara daha çox məruz qalır

 

Döşəmələri təzə təmizləmisinizsə belə, bu, mikroblardan tamamilə azad olduğu anlamına gəlmir. Döşəmələr təmiz görünə bilər, amma əslində bir çox zərərli bakteriya və göbələk olan ev tozu var. Ayaqyalın gəzsəniz, ayaq dərinizə yoluxa bilər. Bu da öz növbəsində dırnaqlarınıza yoluxar. Dırnaqlarınızın saralmasına və daha kövrək olmasına gətirib çıxarar.

 

2. Sərt səthlər ayaqlarınız üçün yaxşı deyil

Aradabir çəmənlikdə ayaqyalın gəzmək insanın özünün yaxşı hiss etməsinə və hətta stresdən qurtulmasına kömək edə bilər. Ancaq evdə bunu etmək, əslində ayaqlarınıza zərər verər. Ayaqyalın gəzmək daban və pəncələrinizdə ağrı yarada bilər.

 

3. Yaralana bilərsiniz

İş yerindəki uzun gündən sonra ayaqqabılarınızı çıxarmaq və ayaqlarınızın nəfəs almasına icazə vermək, əlbəttə, xoşdur. Ancaq ayaqqabı olmadan gəzmək ayaqları yaralaya bilər. Araşdırmalar göstərib ki, corabsız evdə gəzmək əzələ problemlərinə səbəb olur.

 

4. Belinizə zərər verə bilər

Ayaqyalın gəzdikdən sonra ayaqlarınızın ağrıdığını hiss etmisinizsə, bunun elmi izahı var. Sərt səthlərdə ayaqyalın gəzmək ayaqlarınız arasında qeyri-bərabər çəki paylanmasına səbəb olur. Bu, mövcud ayaq deformasiyalarını pisləşdirə bilər, hətta bədəninizin yuxarı hissələrinə təsir edərək dizlərinizin və kürəyinizin ağrımasına səbəb olar.

 

5. Ayaq qoxusuna səbəb ola bilər

Ayaqlarınızı və kürəyinizi ağrıtmaqla yanaşı, mütəmadi olaraq ayaqyalın gəzmək xoşagəlməz bədən qoxusuna səbəb ola bilər. Ayaqyalın gəzərkən ayaqlarınızın iylənməsinə səbəb ola biləcək infeksiyalarla asanlıqla təmas edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir