Hər bir insanın evində köhnə disklər, kitablar, geyinilməyən geyimlər var və bunlardan nə qədər istəsək də, imtina edə bilmirik.
Evdə yaranan dağınıqlıq sizi narahat edirsə, işə ilk olaraq qutuya yığılması gərəkən əşyaların siyahısını tutmaqla başlayın. Gencaile.az evdəki dağınıqlıqdan xilas olmağın qızıl qaydalarını təqdim edir.
İlk əvvəl kitablardan başlamanız məsləhətdir. İstifadə etmədiyiniz kitabların hamısını bir qutuya yerləşdirin və qutuya qoyduğunuz kitabların adlarını bir kağıza qeyd edin. Daha sonra kağızı qutunun üzərinə yapışdırın və hansısa kitab lazımı olsa, bir də çox axtarmanıza gərək almayacaq.
Eyni şeyi CD diskləri, kasetlər üçündə edə bilərsiniz.
Fəsilə uyğun geyinilməyən geyimlər hər zaman şkafınızda artıq yer tutur. Buna görə geyinmədiyiniz geyimləri qutulara yığıb evin bir yerinə qoya bilərsiniz.
Əgər həvəsiniz varsa, istifadə edilməyən geyimləri ütüləyib qutuya yerləşdirin ki, çox qırışmasın.
Əgər evinizdə artıq yer yoxdursa, yaxud da hansısa əşya və ya geyiminizi heç vaxt geyinməyəcəksinizsə, onda qutuya qoyub ehtiyacı olanlara verə bilərsiniz.
Qablaşdırdığınız əşyaların siyahısını qutuların sağ tərəfindən yapışdırın ki, nəsə lazım olanda qutuları bir-bir aşağı salmaq məcburiyyətində qalmayasınız.