yemeye ne var

Evdə hazırlana biləcəyiniz yemiş dondurması - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 362

Yay möcsümü başa çatsa da, hələ də dondurma yeyənlər var. Dondurmanı bütün fəsillərdə dadmağı xoşlayanlar üçün ən yaxşı seçim isə bunu evdə hazırlamaq ola bilər.  Məhz bunu nəzərə alıb, sizə evdə hazırlana biləcəyiniz yemiş dondurması resepti təqdim edir. Bu dondurma həm çox dadlı, həm də sağlamdır.

Bu reseptə görə evdə hazırlanmış yemiş dondurması inanılmaz dərəcədə aromatik və tenderdir. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında evdə hazırlana biləcəyiniz yemiş dondurmasının hazırlanma qaydasını təqdim edəcəyik.

yemis dondurmasi

Lazım olan ərzaqlar:

3 stəkan doğranmış yemiş (təxminən 450 q).

1/2 fincan şəkər (və ya bal əlavə edin).

1 stəkan qaymaq (yağ tərkibi 33%).

Vanil

1 xörək qaşığı limon suyu.

Blenderdə yemiş, şəkər və ya balı, limon suyu və vanil əlavə edərək qarışdırın. Daha sonra qaymağı töküb qarışdırmağa davam edin. Qarışığı qablara tökün və dondurucuya qoyun. Üzərindən bir neçə saat keçdikdən sonra dondurmanı süfrəyə təqdim edə bilərsiniz. İstəyə uyğun olaraq onu təzə nanə yarpaqları və yemiş dilimləri ilə bəzəyin.

Nuş olsun! 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir