Zəncəfilli laym
Tərkibi:
Qazlı su – 500 ml
Laym – 4 ədəd
Zəncəfil – 20 q
Şəkər – 60 q
Su – 20 ml
Buz
Hazırlanma üsulu:
Şəkər və suyu kiçik bir qazanda tamamilə həll olunana qədər qaynadın. Laymın suyunu sıxıb şərbətin soyumasını gözləyin.
Zəncəfil kökünün qabığını soyun və incə sürtgəcdən keçirin. Sonra suyunu süzüb şərbətə tökün.
Bir qrafinə buz atıb zəncəfil, laym suyu və siropu əlavə edin. Sonda qazlı su əlavə edin. İstəyə görə, müxtəlif sitrus meyvələrini dilimlərə kəsib limonada əlavə edə bilərsiniz.
Qreypfrut və reyhanlı limonad
Tərkibi:
Qreypfrut – 3 əd.
Reyhan – ½ dəstə
Şəkər – 70 q
Su – 20 ml
qazlı – 300 ml
Buz
Hazırlanma üsulu:
Reyhanı blenderlə püre halına salın, üzərinə şəkər və su əlavə edin. Şəkər həll olunana qədər odda şərbət kimi bişirin. Şərbətin soyumasını gözləyin.
Qreypfrutun suyu sıxın. Bir stəkana buz, reyhan siropu, qreypfrut suyu əlavə edin və qazlı su ilə doldurun.
Yaşıl çaylı limonad
Tərkibi:
Yaşıl çay – 6 q
Limon – 3 ədəd
Nanə – 1 dəstə
Alma – 1 ədəd
Su – 200 ml
Buz
Hazırlanma üsulu:
Yaşıl çayı dəmləyib suyunu süzün. Limonların şirəsini sıxın. Limon suyu, çay və nanə yarpaqlarını qarışdırın.
Almanı dilimləyin. Qrafinə buz, bir alma əlavə edin və hazır limonadı tökün.