KORPE

Evdə körpə olacağına necə hazırlaşmalı?

Baxış sayı: 2. 662

Evdə körpənin olmasına necə hazırlaşmaq haqqında öz şəxsi təcrübəmi məmnuniyyətlə sizinlə bölüşmək istəyirəm. Sözsüz ki, qadının həyatında hamiləlik ən xoşbəxt bir dövrdür, bu bir möcüzə gözləmək sevincidir, eyni zamanda həm də hazırlıqlar və bir çox əşyaların alınmasıdır. Beləliklə, sizin evinizdə yeni insan doğulacaq, bununla bağlı ilk növbədə nə hazırlamaq lazımdır?

Ən zəruri olanlar. Gəlin körpənizin həyatının ilk günlərindən siz əvvəl ona nə lazım olacağı barədə danışaq. Məsələ bundadır ki, körpə yeni insandır və onun heç bir şeyi yoxdur. Bir qədər düşünün, özünüzə lazım olan əşyaları tədricən alırsınız, evinizdə saç üçün şampun, soyuq havada geyinmək üçün isti paltarlar, çay dəmləmək üçün çaydan və sair əşyalar var! Nə qədər ki körpə anasının bətnindədir, anasından başqa, ona heç bir şey lazım deyil, ancaq dünyaya gəldikdən sonra…

İlk zəruri olan əşyaların siyahısını tutarkən əşyaları iri və xırda olaraq iki qruppa ayırmaq olar. Bunu ailənin xərclərini optimallaşdırmaq üçün etmək lazımdır.  Hər şeyi dərhal almağa dəyməz, alınmalı olan malları həftələrə və aylara paylaşdırmaq olar. Beləliklə, daha iri əşyalara uşaq arabası, çarpayı, avtomobil kreslosu və uşaq otağı üçün digər mebel əşyaları (komod, şkaf, bələk stolu və s.) aiddir. Mən öz körpəm üçün çarpayını onun ehtimal edilən doğum vaxtından üç ay əvvəl sifariş etmişdim və sifarişin yerinə yetirilməsi bir ay çəkdi. Ancaq qəflətən dollar qalxdı,  mənim sifariş etdiyim çarpayının gətirildiyi partiyanı gömrükdən buraxmadılar, üstəlik də mən vaxtından 2,5 həftə əvvəl doğdum. Nəticədə çarpayı evimizə  mən doğum evindən qayıtdıqdan da 2 gün sonra gəlib çıxdı. Aydındır ki, hamının «bəxti mənimki kimi gətirmir», ancaq başqa cür də ola bilər. Bu, hamının başına gələ bilər, buna görə də hər şeyi əvvəlcədən seçməyə başlayın və onlar haqqında rəyləri oxuyun, yaxşı ki, indi uşaq mallarının icmalı verilmiş kifayət qədər internet resurslar mövcuddur.

Avtokross. Avtokrosla iş bir qədər çətindir. Ana olmağa hazırlaşan qadınlar iki kateqoriyaya bölünürlər: bir qrup hesab edir ki, uşağı yalnız uzanmış vəziyyətdə hara isə aparmaq olar; digər qrup isə belə hesab edir ki, uşağı doğulandan dərhal sonra 0+ kateqoriyalı kresloya yarıuzanmış vəziyyətdə qoyaraq hara isə aparmaq olar. Şəxsən mən elə beşik aldım ki, oğlum orada məni yalnız uzanmış vəziyyətdə müşayiət edir. Altı aylığında isə oturmağa başlayanda onu həmin yaş dövründə olan uşaqlar üçün nəzərdə tutulmuş adi avtokresloya oturdacağam.

Geyim. Daha xırda əşyalara körpələrin paltarları aiddir. Öz təcrübəmə əsaslanaraq tam əminliklə deyə bilərəm ki, qarın və ayaq hissələrində düyməciklər olan kombinezon ən rahat uşaq geyimidir!  Tumanlar tədricən sürüşür və  uşaq bezlərini də aşağı dartır, beldə olan uğursuz rezin isə körpənin zərif qarnını sıxa bilər. Çalışın başdan geyindirilməli olan köynəklərə üstünlük verməyəsiniz! İlk aylarda körpənin başı çox zəif olur və onu əllə dəstəkləmək lazım gəlir, buna görə də köynəyi uşağın başından keçirmək həm sizin üçün, həm də körpə üçün əsl işgəncədir.

Uşaq bezləri və digər gigiyena əşyaları. Bir dəfəyə eyni firmanın bezlərini çox almağa dəyməz. Hər bir istehsalçının məhsulundan bir neçə bağlı alın, körpənizə hansının daha rahat olmasını müşahidə edin. Bunlardan maye sızmamalı və onları açdıqda körpənin  bədənində rezinlərinin qırmızı zolaqları qalmamalıdır. İlk zamanlar körpəni silmək üçün sizə nəm salfetlər lazım olacaq. Bunlara da bezləri aldığınız prinsiplə yanaşın. Elələrini alın ki, işlətmək sizə rahat olsun, bir dəfəyə 10 salfet deyil, bir-bir çıxara biləsiniz və əlbəttə ki, uşağın da dərisi buna reaksiya verməməlidir. Pambıq diskləri və pambıq çöpləri də unutmayın. Tənbəllik etməyin, körpəniz üçün ayrıca qablarda alın, qoyun doğulan gündən onun öz kosmetik dəsti olsun.

Əmzik və butulkalar. Şəxsən mən müxtəlif istehsalçı firmalardan bir neçə əmzik almışdım. Ancaq ilk 3-4 həftədə  mənim körpəm, ümumiyyətlə, heç bir əmziyi tutmurdu.  Ancaq birdən bunları dili ilə itələmədi. Məndə 3 ədəd əmzik var: bunlardan biri həmişə təmiz qalır, biri arabacıqda, digəri isə çarpayıdadır. Gündə bir neçə dəfə onları sterilizə edirəm, ya da sadəcə olaraq üzərinə qaynar su tökürəm.

Məişət texnikası. Uşağın doğulduğu ilk günlərdə  ən zəruri əşyalar arasında süd soran da olmalıdır.  Onu özünüzlə doğum evinə aparın: əgər dərhal südünüz gəlsə, onu süzməli olacaqsınız, gəlməsə isə çəkmək lazım olacaq. İkinci yerdə sterilizatordur. İlk dövrlərdə o sizə lazım olmayacaq.  Ancaq əgər uşaq süni qidalandırılırsa və siz ona şüşədə su verməyə başladınız, onda bu aparat zərurətə çevriləcək! Şəxsən mən ilk vaxtlar multivarkadan istifadə edirdim: bütün butulkaları, əmzikləri, döşlükləri oraya atır və qaynama rejimində qoyurdum.

Video/radio dayə. Sizə video/radio dayə lazım olub-olmadığı barədə düşünün.  Mənə elə gəlir ki,  bu çox rahat cihazdır və mən video-dayədən fasiləsiz istifadə edirəm.

Bütün yuxarıda sadalananlardan başqa, körpə üçün zəruri olan bir çox xırda əşyalar da vardır; uşaq şampunlaı, çimdirmək üçün balaca vanna, yelləncək, gecə lampası və s. əslində, bunların hamısını irəlicəldən nəzərə almaq və 100% tam hazırlaşmaq mümkün deyil. Doğuşdan sonra təqribən ilk ay yarımda sizi həmçinin xeyli «xırda» xərclər gözləyir. Qızların əksəriyyətinə məhz bu qədər vaxt lazımdır ki,  yeni həyat tərzinə alışsınlar və evdəki məkanı elə hazırlasınlar ki, ilk növbədə anaya və körpəyə rahat olsun.

Sizə xoş qayğılar və yaxşı bazarlıq arzu edirəm!

 

Müəllif: Qaliyə Karyakina




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir