Ailə qurmaq yaşı çatan, lakin ərə getməyən qızlara “evdə qalmış” deyirlər. Ancaq bu qızlar, ailə quraraq sanki böyük bir müvəffəqiyyətə imza atmış qadınların dözdüyü vəziyyətlərə dözmək məcburiyyətində deyil. “Gencaile.az” Aile.lent.az-a istinadən ərə getməyən qızların dadını çıxara biləcəyi 9 durumla sizi də tanış edir.
Unitazla təmas etmək
Evdə unitazın qapağını qaldıran və endirməyi unudan bir kişi olmadıqda, bu qapaqla gündə bir neçə dəfə oynamaq məcburiyyətində deyillər. Unitazın yanına yerə damlamış və nədənsə kişinin gözündən qaçmış damcıları da silmək məcburiyyətində deyillər.
Evdən tük toplamaq
Xüsusilə, hamam və yataqdan spiral kimi tükləri təmizləmək kimi bir dərdləri yoxdur. Çünki evdə tükləri tökülən bir kişi yoxdur.
Xorultuya oyanmamaq
Onlar oyanmaq üçün zəngli saat qururlar və yanlarında xoruldayan bir kişi saxlamaq məcburiyyətində qalmırlar.
Məktəb pulu ödəmək, tapşırıq yerinə yetirmək
Uşaqları olmadığı üçün məktəb pulu düzəltmək kimi narahatlıqları yoxdur. Evdə dərs tapşırıqları etmirlər, valideyn iclasına getmirlər. Uşaqların ad günlərində başları şişmir, ortalıqdan oyuncaq toplamırlar və s.
Ailə ziyarətləri
Axşamlar, həftə sonu, bayramlarda ailə ziyarətləri kimi məcburiyyətləri yoxdur.
Zorla sevişmək
Axşam yatmazdan əvvəl, səhər yuxudan oyananda “sevişək” deyən bir kişi ilə yatmırlar, ürəkləri istəməyəndə sevişmirlər.
Geyimlərinə qarışan yoxdur
“Onu geyinmə, ora getmə, onlarla görüşmə” kimi sözlərlə azadlıqları əllərindən alınmır. Azadlıq üçün mübarizə aparmırlar.
Ürəkləri istəməsə, yemək bişirmirlər
Kiminsə qarnını doyurmaq lazım olmur və ürəkləri istəmirsə, yemək bişirmirlərsə.
Televiziya qarşısında çox vaxt keçirmək
Duş almadan, saçı-başı səliqəsiz, gecə geyimində istədiyi qədər televizora baxa bilər.