valideyn

Evdə qaydaların qoyulması şərtdir?

Baxış sayı: 668

Bəzən evdə qoyulan qaydalara riayət etmək sənə çətin gəlir? Bu məqalə və ona əsaslanan çalışma vərəqi sənə valideynlərinlə bu barədə söhbət etməyə kömək edəcək.

 

Düzgün baxış

valideyn

Səhv. Evi tərk edəndə sərbəst olursan və hər hansısa bir qaydaya riayət etməyə məcbur qalmırsan.

Doğru. Evi tərk etsən də, etməsən də, bəzi qaydalara riayət etməlisən. Sən müdirinin, ev sahibinin, hətta dövlətin qarşısında cavabdehlik daşıyacaqsan. 19 yaşlı Daniela deyir: «Məncə, evdəki qaydalara əməl etməyən gənclər sonra öz şəxsi həyatlarında çox əziyyət çəkirlər»

Nə edə bilərsən? Qaydaların faydasını görməyə çalış. Ceremi adlı gənc deyir: «Valideynlərimin qoyduğu qaydalar dost seçimimə və vaxtımdan düzgün istifadə etməyimə çox kömək etdi. Bu qaydalar həmçinin mənə kömək etdi ki, vaxtımın çoxunu televizora və elektron oyunlara sərf etməyim. Əksinə, daha faydalı şeylərlə məşğul olum. Mən bu faydalı şeylərin bəzilərini hələ də edirəm».

 

 Düzgün münasibət

Bəs qoyulan qayda mənasız görünürsə? Misal üçün, Tamara adlı gənc qız deyir: «Valideynlərim mənə başqa ölkəyə getməyimə icazə vermişdi, amma indi qayıdandan sonra 20 dəqiqə uzaqlıqda yerləşən şəhərə getməyimə icazə vermirlər!»

Əgər sən də eyni vəziyyətdəsənsə, valideynlərinlə qoyulan qaydalar haqda danışmaq qəbahətdir? Niyə qəbahət olsun ki?! Əsas odur nə vaxt və necə danışacağını biləsən.

Nə vaxt? Amanda adlı yeniyetmə deyir: «Yalnız valideynlərinin etibarını qazanandan uzun müddət sonra qaydalara düzəliş etmək haqda onlarla danışa bilərsən».

valideyn

Daria adlı qız bunun doğruluğuna özü əmin olub. O deyir: «Anam mənim sözə qulaq asdığıma əmin olmayınca qaydalara heç bir dəyişiklik etmədi». Unutma, bəzi şeyləri qazanmasan, onları xərcləyə bilməzsən.

Valideynlərin qoyduğu qaydalara məhəl qoyulmayan bir evdə yaşamaq təyyarənin hava nəqliyyatı qaydalarına əməl etməyən hava limanına eniş etməsinə bənzəyir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir