sEVGI

Evdə romantik gün keçirmək istəyən cütlüklərə 5 təklif – “EvliSƏN”

Baxış sayı: 1. 579

Əgər həyat yoldaşınızla və ya sevgilinizlə evdən kənarda keçirdiyiniz vaxt sizə maddi baxımdan problem yaradırsa, həmin romantik anları evinizdə də yaşaya bilərsiniz. “Gencaile.az” saytının “EvliSƏN”  rubrikasında sizə məhz bu haqda danışacağıq.  Hər halda, bunun üçün sizə 5 təklifimiz var.

 

 

Yeməyi birlikdə hazırlayın

Əgər yemək hazırlamaq qərarına gələsəniz, ilk olaraq birlikdə nə bişirə biləcəyinizə qərar verin. Daha sonra ərzaqları birlikdə almağa çalışın. Sonrakı mərhələdə isə yeməyi ikilikdə hazırlayın. Bunu etmək sizin üçün həm qənaət olacaq, həm də, vaxtınızı birlikdə və gözəl keçirmiş olacaqsınız.

kisi -yemek

 

Köhnə video və fotolara yenilərini əlavə edin

Evdəki  ən yaxşı əyləncələrdən biri də özünüzlə bağlı köhnə video görüntülərə və ya fotolara baxmaqdır. Ola bilər ki, həmin köhnə video görüntülər və şəkillər cütlüklərə kədərli məqamları xatırlatsın, amma bu anları belə birgə yaşamağın öz ləzzəti olacaq. Bu tip durumda ən yaxşı variant yeni videolar və fotolar çəkmək ola bilər.

Image result for eski aşk fotoğraflar

 

Oyun oynayın

Qarşılqlı şəkildə oyun oynamaq  bəlkə də imdiyə qədər heç vaxt etmədiyiniz bir şeydir, amma məsələyə “hər şeyin bir ilki var” prinsipi ilə yanaşın və oyundan zövq alın. Cütlüklərin qarşılıqlı şəkildə oynamasını tövsiyə edə biləcəyimiz oyunlar isə  “Little Big Planet 3”, “Don’t Starve Together”, “Borderlands 2” və s. ola bilər.

Image result for sevgilinizle bilgisayar oyunları

Film izləyin

Əgər kinoteatra getmək şansınız yoxdursa, belə demək mümkünsə, kino teatrı evinizə gətirin. Sevgilinizlə evdə film izləmək sizə gözlədiyinizdən də yaxşı təsir edəcək.  Təbii, bunun üçün sizing film seçiminiz də uğurlu olmalıdır. Bu mənada hər hansı bir sevgi filmi seçmək məsləhətdir. Film seçimində tərəddüd edənlər “Sweet November”, “One Day”, “Love Story”, “50 first dates”, və “The Time Travelers Wife”  kimi filmlərdən birini seçə bilərlər.

Image result for SEVGİLİNİZLƏ evde

Rəqs edin

Rəqs etmək üçün mütləq evdən çıxmaq lazım deyil. Bunu evinizdə də edə bilərsiniz. Rəqs etmək üçün evin müəyyən hissəsində münbit şərait yaratmaq və uyğun mahnıları seçmək kifayətdir.

Image result for SEVgilinizle evde dans

 

Hazırladı: UĞUR