Tərkibi:
500 qr. toyuğun döş əti
2 ədəd yumurta
yarım stəkan bitki yağı
2 böyük diş sarımsaq
1 çay qaşığı kimyon
1 çay qaşığı istiot, 1 çay qaşığı qırmızı toz bibər
1 xörək qaşığı kəklikotu
1.5 çay qaşığı duz
Hazırlanması:
Yumurta, yağ, sarımsaq, duz və ədviyyatları blenderlə qarışdırın. Toyuq ətini (dərisi soyulmuş) əlavə edib xama kimi qatılığında olana qədər yenidən blenderlə qarışdırın. İki qat streç sellofanı taxta üzərinə sərin. Orta hissəsinə hazırladığınız içliyi töküb kolbasa forması verin və kənarlarını konfet kimi bükərək sıxın. Çox incəltməyin. Kənarda qalan qisimlərə möhkəmcə düyün atın(artıq qalan hissəsini kəsin).
Kolbasanı yenidən bir qat folqaya bükün. Yəni əvvəl 2 qat streç sellofan,daha sonra 1 qat folqa olmalıdır. Bir qazana kolbasanı yerləşdirin. Üzərinə çıxacaq qədər qaynar su əlavə edib qapağını bağlayın.
Qaynamağa başlayandan sonra zəif odda 30 dəqiqə bişməyə qoyun. Bişdikdən sonra kolbasanı sudan çıxarıb, 10 dəqiqə gözlədib, üzərindən folqanı çıxarın. Kolbasanı dilimləyərək, arzu etdiyiniz şəkildə nuş edə bilərsiniz.
Nuş olsun!