Televizor pultu ilə günümüzün ən təhlükəli xəstəliklərindən olan xərçəng arasında hər hansı bağlılıq olduğunu bilirdiniz?
Çağdaş dövrün kabusuna çevrilən xərçəng xəstəliyindən qorunmaq üçün müxtəlif yollara əl atsaq da, bir addımlığımızdakı, əlimizdəki, cibimizdəki təhlükədən xəbərsizik.
TELEFON texnologiya dövrünün ən çox istifadə olunan, uşaqdan böyüyə demək olar ki, hamının əlində olan qurğudur. Adı telefondur, lakin təyinatı artıq çoxdan telefon olmaqdan çıxıb. Həyatımızın bir hissəsinə çevrilib. Telefondan musiqi dinləmək, video izləmək, mesajlaşmaq, xəbər oxumaq, xəbər paylaşmaq, addımlarımızı saymaq, hətta ürək ritmimizi belə hesablamaq üçün istifadə edirik.
Bu qədər faydalı, həyatımızın vacib hissəsinə çevrilən telefonlar görəsən orqanizmimizə, xüsusilə beynimizə necə təsir edir?
Məlum olduğu kimi cib telefonları radiasiya yayır, radiasiyanın orqanizmimizə mənfi təsirləri isə hamıya məlumdur. Telefonları pilot rejimə keçirmək belə radiasiyanı sadəcə azaldır, bütünlüklə kəsə bilmir.
Bəs telefonlar radiasiya yaydığı halda soyuducu, televizor, mikrodalğalı soba göründüyü qədər təhlükəsizdirmi?
Xeyr əlbəttə ki! Hər evdə olan bu cihazlar da radiasiya yayır.
Televizor pultları həddən çox radiasiya yayan əşyalardandır. Yaydığı radiasiya mikrodalğalı soba və mobil telefonlardan da artıqdır. Hətta təyyarə səyahətlərində belə orqanizmimiz müəyyən miqdarda radiasiyaya məruz qalır. Buna görə də pilot və stüardessaların müəyyən saatdan sonra uçmasına icazə verilmir.
Bu vaxta kimi mobil telefonların beyin xərçənginə yol açdığına dair sübuta yetirilmiş bir araşdırma yoxdur. Lakin ziyan verdiyinin sübuta yetirilməməsi zərərsiz olması və qorunmaq üçün önləyici tədbirlər alınmaması mənasına gəlmir.
RADİASİYASIZ YAŞAMAĞIN 5 YOLU
Dünyada radiasiya yayan cihazlar barədə araşdırmalar davam edir. Lakin siz yenə də qorunmağa davam edin:
Mobil telefonla danışarkən qulaqcıqdan istifadə edin
Cib telefonunda zəngli saat qurursunuzsa, pilot rejimə keçirin.
Mobil telefonu bədəninizdən uzaq tutun.
İş yerində uzun müddət kompyuter qarşısında otururusunuzsa, evə çatan kimi TV başına keçməyin. Gəzin, kitab oxuyun…
İmkan tapdıqca təbiətə qaçın, təbiətlə baş-başa qalın.