Evdə həddindən artıq tozun olması allergiyaya və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Bəs, bunun qarşısını almaq üçün nə etmək lazımdır?
Evdəki tozu azaltmağın bir neçə sadə üsulu var.
1. Kondisionerin filtrlərini təmizləyin
Kondisionerin filtlərinin mütəmadi olaraq təmizlənməsi tozun yığılma sürətini azaldır.
2. Həftədə iki dəfə evi tozsoranlayın
Evinizdəki bütün xalçaları tozsoranla təmizləyin. Evin tez-tez tozsoranlanması, mebel altında və ya künclərdə toplanan tozun miqdarını azaldır. Buna görə də, tozsoran filtrini tez-tez dəyişdirməyi unutmayın.
3. Döşəmələri tez-tez silin
Döşəmələri uzun müddət silməsəniz, toz və kiri təmizləmək çətinləşir.
4. Yataq örtüyünüzü tez-tez yuyun
Çarpayılar, yorğanlar və yastıqlar tozun yığılmağa meylli olduğu yerlərdir. Hər dəfə yatağa getdiyinizdə və ya qalxdığınızda bilmədən havaya toz buraxırsınız. Bunun həlli çarpayılarınızı tez-tez yumaqdır.
5. Evdəki çatları bağlayın
Ən çox toz evə xaricdən daxil olur. Məhz elə bu səbəbdən qapı və pəncərə çərçivələri ətrafındakı çatları bağlayın.