IS

Evdən işləməyin müsbət və mənfi tərəfləri

Baxış sayı: 968

Dünyanın sağlamlıq üçün savaşdığı bu günlərdə, ölkə olaraq, millət olaraq heç vaxt alışmadığımız həyat tərzinə alışırıq. Əllərimizin təmizliyinə evimizin təmizliyindən daha çox önəm verir, sıra mədəniyyətinə alışır, məşhur qucaqlaşma adətimizə yadlaşırıq. Online alış-veriş etmə vərdişi yaranır, online satış etmə yolları axtarılır. Və bir də online işləmək…

Kimiləri işsiz qalır, kimiləri isə onsuz da işsiz idi. Kimiləri məcburi məzuniyyətə, kimiləri isə işə gedir. Bir də mənim kimi işini evdən davam etdirənlər var ki, təbii ki, bu dövr üçün bu tapılmaz fürsətdir.

Evdən işləmək –  Koronavirusun bizlərə yaşatdığı və öyrətdiyi ən böyük təcrübədir. Əvvəl evə işi gətirmək deyə bir cümlə var idisə bu gün isə “evi işə gətirmək” var. Və əgər sən evdən çalışırsansa evi işə gətirməməlisən.

Səhər oyanırsan, yemək yeyirsən, geyinib-keçinirsən, qapıdan çıxıb işə tələsirsən….təqribən 18 gün əvvəl eynən belə idi hər şey. Bu gün isə səhər oyanırsan və artıq işdəsən. Çox sadə? Xeyr, əslində heç də hər şey o qədər sadə deyil və əgər bir də evdən çıxma yasağı varsa sadəlikdən söz gedə bilməz:)

Bu həyatda hər şeyin həm yaxşı tərəfi var, həm də pis. Eləcə də onlayn çalışmanın.

Evdən işləmək üstünlükləri və üstünlükləri - ForumDaily

 

Müsbət tərəflər:

Bazar ertəsi yorğunluğu olmur. Sənin üçün həftənin bütün günləri eyni olmağa başlayır. Dünən “bu gün neçənci gündür?” deyə telefona baxmış biri kimi deyirəm bunu.

Hər səhər “nə geyinim görəsən?” deyə düşünmürsən. Çünki sən evdəsən və geyimin bəllidir.

Evdən işləmək daha çox qənaət deməkdir. Yol, yemək, geyim və digər bu kimi xərclər demək olar ki, sıfıra düşür.

İşə daha çox konsantre olursan.

İşə getmək və gəlmək üçün sərf etdiyiniz vaxt sizin özünüzə qalır və siz də o vaxtı mənim indi etdiyim kimi, yazmağa, mütailəyə və ya başqa bir şeyə sərf edə bilərsiniz.

Səhər, günorta və axşam yeməklərinizi vaxtı vaxtında yeyə bilərsiniz. Sağlam qidalanma imkanı 🙂

Nahar fasiləsində dincəlmə imkanın olur və bu nahar sonrası iş tempinə olduqca müsbət təsir edir.

Mənfi tərəflər:

Bazar ertəsi yorğunluğu olmadığı kimi, Cümə günü sevinci də aradan qalxmış olur.

Bütün günü evdə olduğun üçün bir vaxtdan sonra özünə vaxt da ayırmırsan.

Yuxarıda qeyd etdiyim kimi işə daha çox konsantre olursunuz. Bu isə daha çox yorğunluq deməkdir.

İş şəraitində komanda, ofis masası, gündəlik iş tempi günü daha axıcı edir və daha az yorucu. Amma evdə bundan söz gedə bilməz

Vaxtı vaxtında yeməyiniz hazır ola bildiyi kimi yemək arasında yedikləriniz də çoxala bilir. Meyvə, konfet, çərəz hər zaman yanınızda olur və təbii ki, kilolarınız da.

Əslində istər evdən, istər də ofisdə çalışın, fərqi yoxdur. İşləmək üçün ən vacib olan əsas məqam məsuliyyətdir. Əgər siz məsuliyyətli bir şəxssinizsə sizin üçün zaman və məkan anlayışları yox olub gedir. Fikrini toplayıb, bir stəkan isti çay və ya kofe ilə komputer qarşısına keçdiyin an iş başlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir