Qadin

Evdar qadınlar gözəllik salonuna getməzdən ƏVVƏL və SONRA – FOTOLAR

Baxış sayı: 1. 523

Xanımlar öz istəyindən asılı olmayaraq ev işləri ilə məşğul olmağa məcburdur. Evdarlıq zamanla qadınların daimi məşğuliyyətinə çevrilir. Əlbəttə, belə olan halda xanımların özünə ayırıb gözəllik salonuna getməyə vaxtı qalmır. Bu, həqiqətən də acınacaqlı vəziyyətdir. Evdar qadınlar özünə qulluq etmir və nəticədə gözəlliyi solub gedir…

Ingiltərəli fotoqraf Krissi Sparke evdar qadınlarla bağlı layihə hazırlayıb. O, fotolayihəsində sübut edib ki, evdar qadınlar gözəllikdə heç də məşhur dəb jurnallarını bəzəyən super modellərdən geri qalmır.

Fotoqraf bildirib ki, onun əsas məqsədi qadınları foto proqlarının köməyi ilə gözəlləşdirmək deyil, həqiqətən də keyfiyyətli foto çəkməkdir. O, qadınların əvvəlcə təbii halını çəkir, daha sonra isə gözəllik salonundan çıxdıqdan sonra lentə alır. Sonda hər iki kadrı kollaj edib aradakı fərqi göstərir. Bu fotolardan sonra qadınların özünü necə inamlı hiss etdiyini təsəvvür etmək çətin deyil…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir