NEQATIV ENERJI

Evi neqativ enerjidən təmizləyən 7 üsul

Baxış sayı: 1. 182

Zamanla, mənfi enerji evimiz və ofisimizin küclərinə toz kimi yığılır. Bionergetiklər iddia edir ki, boşanma, müxtəlif problemlər, gərgin bir həftə və ya xəstəlikdən sonra evi dərindən təmizlənmək xüsusilə vacibdir.

Evi mənfi enerjilərdən təmizləmək üçün bir neçə sadə yollar var.

 

1. Argentina bakautu (palo santo)

Bu, hər hansı bir yerin mənfi enerjisini aradan qaldırmaq üçün ən ümumi metodlardan biridir. Palo Santo Cənubi Amerikanın sahillərində yetişir. O, şam, nanə və limonun qoxusuna bənzəyir.

Əsrlər boyu bu ağacın budaqlarından mənəvi və enerji təmizliyi, eləcə də şəfa məqsədləri üçün istifadə edilib.

Otaqda balaca bir budağını yandırın və saat əqrəbinin əksi istiqamətində döndərin. Yaxud da bir budağını bir neçə saatlıq dəhlizə qoya bilərsiniz.

 

2. Bütün qapı-pəncərələri açın

Evinizin bütün pəncərələrini və qapılarını açın, sonra mətbəx və hamamın kranları açın və bir neçə dəqiqə suyun axmasını gözləyin.

 

3. Efir yağlarından istifadə edin

Efir yağları da havanı təmizləməyə və mənfi enerji çıxarmağa kömək edir. Buxur enerjinin təmizləməsi üçün ən yaxşı və ən ətirli efir yağlarından biridir.

Siz həmçinin immuniteti dəstəkləmək və əsəb sistemini sakitləşdirmək üçün uşaqların biləyinə bir neçə damcı buxur damcılaya bilərsiniz. Başqa efir yağları hərəkətsiz qalmış məkanın enerji təmizləməsi üçün lazımdır. Bu, səndəl ağacı, evkalipt və lavanda ola bilər.

 

4. Kristallar

Ağ kvars və qara turmalin mənfi enerjini mükəmməl şəkildə təmizləyir. Onları bir çox ev dekoru və ya onlayn mağazalardan tapmaq mümkündür.

 

5. Dəniz duzu

Enerji təmizləmək üçün duzdan istifadənin müxtəlif yolları var. Məsələn, otağın müxtəlif yerlərində bəzi dəniz duzlarını qoya, orada bir neçə saat saxlaya və sonra süpürə bilərsiniz. Duz mənfi enerjini mükəmməl şəkildə özünə əmir.

Qara turmalin daşını da duzla birlikdə otaqların künclərinə qoymaqla ətrafdakı neqativləri yox etmək olar. Yeri gəlmişkən, epsom duzu ilə vanna qəbul etmək bədənin bütün neqativ enerjisini təmizləyir.

Bunun üçün vannaya 2 fincan epsom duzu ilə bir neçə damcı lavanda yağı əlavə edin. Təxminən 20 dəqiqə bu vannada qalmaq kifayətdir. Yorğunluq və gərginlik hiss etdiyiniz zaman dəniz vannası qəbul edin.

 

6. Təsirlər və mantralar

Biz tez-tez düşüncələrimizin və fikirlərin yaratdığı enerjinin nə qədər güclü olduğunu anlamırıq. Stressli, hirsli və ya depressiyada olduğunuz zaman eviniz və ofisiniz bu enerjini özünə bir süngər kimi udur.

Evinizi və ya ofisinizi təmizləmək qərarına gəldikdə, yuxarıda göstərilən üsullardan birini tətbiq edin və aşağıdakı sözləri söyləyin:

“Bu məkanı hər hansı bir mənfi enerjidən və mənim üçün yaxşı olmayan hər şeydən təmizləyin. Mənə kömək etməyən hər şey yandırılır və təmizlənir. Bu məkanı məni hər hansı bir çətinlikdən qoruyan parlaq enerji ilə doldururam”.

 

7. Musiqi və şam

Evi təmizləməyə kömək edən son şey şam və sakitləşdirici titrəmə yaradan yavaş musiqidir.

Yoqa və meditasiya musiqilərini seçə bilərsiniz, əsas odur ki, xoşunuza gəlsin. Evin istiliyini və mehribançılığını qaytarmaq üçün bu titrəmələri ən az 10 şamla birləşdirin. Dəyişikliyi həqiqətən hiss edəcəksiniz!

Bu üsullardan heç biri evinizi əbədi olaraq təmizləmir, odur ki, təmizləmə ayinlərini mütəmadi olaraq həyata keçirmlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir