-99c83c90172295101517083141810369887

Evimizdən neqativ enerjini necə təmizləyək?

Baxış sayı: 438

Evimizdən neqativ enerjini təmizləmək, rahatlama və xoşbəxtlik hissini artırmaq üçün əhəmiyyətli bir addımdır. Həyatımızın böyük bir hissəsini evdə keçirdiyimiz üçün, bu məkanın enerji balansı emosianal və fiziki sağlamlığımızı birbaşa təsir edə bilər. Neqativ enerjiləri aradan qaldırmaq üçün müxtəlif üsul və ritualardan istifadə edə bilərik. Bu yazıda, evinizdəki neqativ enerjiləri necə təmizləyə biləcəyinizə dair bəzi effektiv və sadə üsulları paylaşacağıq.

Evinizdəki neqativ enerjidən qurtulmağın ilk addımı: Sağlamlıq və xoşbəxtlik mütəxəssisi Silvia Christman  deyir ki,  bütün pəncərələri açın və hava çox soyuq olsa belə təmiz havanın içəri daxil olmasına  imkan yaradın. Təmiz hava hər şeydir. Pəncərəleri açmışkən, yastıq və örtüklərinizi də silkələyin.

Tüstü effekti

Evdəki neqativ enerjidən qurtulmaq üçün tüstü istifadə edə bilərsiniz. Tüstülər uzun zamandır ruhi sakitləşdirici təsiri səbəbilə meditasiya praktikalarına dəstək olaraq istifadə edilir. Niyə evdə də sınaqdan keçirməyəsiniz? Christman, bunun enerjini pozitiv hala gətirməyə kömək edəcəyini söyləyir.

Qırılmış əşyaları atın və ya təmir edin

Qırılmış əşyalanı təmir etməyi düşünmürsüzsə onu evdə saxlamağa dəyməz. Feng shui və yaşam mütəxəssisi, Holistic Spaces’ın qurucusu Anjie Cho deyir ki, qırıq əşyalar neqativ enerjini evinizə gətirir.

Portağal ətri

Anjie Cho deyir ki, portağal ətri neqativ enerjini təmizləməkdə kömək edir, eyni zamanda ruh halınızı yaxşılaşdırır. Bunun üçün onu uya damlada bilər və ya orqanik uçucu yağ spreyi istifadə edə bilərsiniz.

Dağınıqlıqdan qaçın

Bəli, iş masanızı təmizlədikdən sonra özünüzü bu qədər yaxşı hiss etməyinizin bir səbəbi var. Bir feng shui məsləhətçisi olan Maureen Calamia deyir ki, əşyalar fiziki, zehni, emosional və ruhi olaraq çox enerji toplayır. Bu səbəblə dağınıqlıq sizi yorğun və stresli hiss etdirir.

Adaçayı tüstüsü

Evdəki neqativ enerjidən qurtulmaq üçün adaçayı yandıra bilərsiniz. Bu neqativ enerjini aradan qaldırmaq üçün məşhur bir hindu texnikasıdır. Belə ki, qurudulmuş adaçayı yarpaqlarını yandırın, sonra alovu söndürün. Calamia deyir ki, bu evinizi təmizləmək üçün istifadə edəcəyiniz ən effektiv üsullardan biridir. Həmişə ön qapıdan başlayın və saat əqrəbi istiqamətində irəliləyin.

Evinizdə neqativ enerjini təmizləmək üçün bu üsullardan istifadə etməklə həm fiziki, həm də emosional mühitinizi yaxşılaşdıra bilərsiniz. Evinizi açıq havanın içəri girməsi üçün ventilasiya edin, tütsü və adaçayı kimi təmizləyici vasitələrdən istifadə edin, qırılmış əşyaları təmir edin və ya atın, portağal ətri ilə mühitinizi canlandırın və dağınıqlığı aradan qaldırın. Bu sadə, lakin təsirli addımlar, evinizdə enerji balansını qorumağa və orada yaşayanların rahat və xoşbəxt olmalarına kömək edə bilər. Unutmayın, eviniz sizin üçün bir sığınacaqdır; ona qayğı göstərin və pozitiv enerji ilə doldurun.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir