TOZSORAN

Evində tozsoran işlədənlərə 8 VACİB MƏSLƏHƏT

Baxış sayı: 1. 671

Tozsoran hər bir evin əvəzolunmaz məişət cihazı sayılır. Ehtiyatlı istifadə etməli olduğunuz tozsoranların ömrünü qısaltmaq, iş keyfiyyətini aşağı salmaq istəmirsizsə, bəzi tullantıların bu cihazın içərisinə düşməsinə imkan verməməlisiniz.

Həmin tullantıların siyahısını və səbəbləri təqdim edir.

 

Böyükölçülü şüşə qırıqları

Evdə şüşə qırıldıqda dərhal tozsorana tərəf qaçırıq. Ancaq unutmayın ki, böyükölçülü şüşə qırıntıları tozsoranın içərisini dağıdır.

Yaş qəhvə

Qəhvə aparatının filtrində yığılan yaş qəhvəni yerə tökdüyünüzdə dərhal tozsoranı işə salmayın. Çünki yaş qəhvə elektrik süpürgəsinin borusunda tıxaca səbəb ola bilər, motoru sıradan çıxarar.

Kül

Külü tozsoranla götürdükdə xırda dənəciklər arxadan havaya sovrulur, yəni evə…

Kağız parçaları

Bir neçə kağız parçası problem deyil. Ancaq çox olsa, tozsoranın mühərrikini sıradan çıxara bilər.

Kosmetik vasitələr

Kosmetik vasitələr cihazın içində əriyə və ciddi fəsadlar ortaya çıxara bilər.

Bitki yarpaqları

Yerə düşən yarpaqları tozsoranla təmizləmək can rahatlığıdır. Ancaq bu, cihazın ağzının tutulmasına səbəb ola bilər.

Maye maddələr

Yəqin bunu bilirsiz ki, mayeni tozsoranla çəkmək olmaz.

Saç

Az miqdarda saçı tozsoranla çəkmək problem yaratmaz. Ancaq topayla olsa, boruda tıxaca səbəb ola bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir