Ev

Eviniz qışa nə qədər hazırdır? – XÜSUSİ DETALLAR

Baxış sayı: 1. 658

Qış fəslində evinizdə daha rahat vaxt keçirmək üçün diqqət etməli olduğunuz xüsusi detallar var. Havaların soyuması insanlara psixoloji cəhətdən təsir edir. Günəşin erkən saatlarda batması, soyuq hava, dumanlı günlər enerjinizin tükənməsinə səbəb olur. Bunun qarşısını almaq üçün evinizi qışa hazırlamalısınız. Görəndə zövq alacağınız rəng və əşyaları seçməklə bu dönəmi pozitiv ruhda keçirmənizə kömək edəcək. “Gencaile.az” bununla bağlı sizə məsləhətlər təqdim edir.

İlk öncə kirlənmiş divan və kreslolarınızı xüsusi təmizləyici vasitəsi ilə yaxşıca təmizləyib gigiyena qaydalarına əməl edin. Qışda daha artıq enerji və işığa ehtiyacınız olacağı üçün tünd rəngli pərdələrinizi yığışdıra bilərsiniz. Açıq rəngli pərdələr bu dönəmdə günəş işığından daha artıq yararlanmanız üçün düzgün seçimdi. Bu ilin trendi olan tül pərdələr köməyiniz olacaq.

Əgər pəncərə və qapılarınız soyuq keçirirsə varsa, qış girməmiş bu problemi həll edin. Qışda günəş işığından yararlanmanız üçün oturacaqlarınızı pəncərə önündə yerləşdirməniz doğru olar.

Qışa hazırlıq zamanı evinizi yenidən rəngləyə bilərsiniz. Xüsusən mebellərinizə uyğun rənglərdən istifadə edin. Rəng seçərkən rəngin insan psixologiyasına təsirini və hər rəngin insanda fərqli hisslər yaratdığını unutmayın. Hər otağın dizaynında  müxtəlif parçalardan istifadə edin.

Qışda axşamlar daha gözəl vaxt keçirmək üçü iri şamlar həm sizə rahatlıq bəxş edəcək, həm də nostalji anlar yaşadacaq. Ətridi gözəldi.

Döşəməyə gözəl xalçalar döşəyin. Evin bir küncündə yaşıllıq yaradaraq qışda yaşıllığa olan ehtiyacınızı ödəyə bilərsiniz. Ya da evin bir küncündə döşəkləri yerləşdirib istirahət anlarınızı orda keçirmək də əyləncəli olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir