Evin genişliyi və aydınlığı xanımlar üçün daha vacibdir. Bu genişlik təkcə mebellərdən, evdəki digər əşyalardan aslı deyil. Rənglərin də evin genişliyində təsir var. Bu yazımızda evinizin genişliyi üçün sizə rəngli ipucları təqdim edirik.
Uşaq otağı və pastel çalarlar
Uşaq otaqları üçün həmişə istifadə edilən mavi və çəhrayı rənglərin əvəzinə pastel çalarlarına üstünlük verin. Bu uşağınızın otağını daha canlı göstərməklə yanaşı, həm də, ona vizual genişlik də bəxş edəcək.
Vanna otağı və mavi
Evimizin digər otaqlarına nisbətən vanna otağı həmişə kiçik olur. Amma o bizə ən çox rahatlıq verən məkandır. Vanna otağını daha geniş göstərmək və daha sakit məkan yaratmaq üçün mavi rəngdən istifadə edin.
Tünd rəngləri unudun
Mat və tünd rənglər olduqca sıxıcı və dar bir görüntü yaradır. Həm də, tünd rənglər dekorasiyanı arxa plana atır. Buna görə də evinizdə tünd rənglərdən istifadə etməkdən uzaq durun.
Rahat yataq otağı, bənövşəyinin təsiri
Yataq otağınızın rahat və sakit bir yer olması sizin sağlamlığınıza da yaxşı təsir edir. Bənövşəyi və lilac rəngləri yataq otağınızı daha aydın və əyləncəli bir məkana çevirəcək.