“Evlənsən öləcəksən” dedilər…

Baxış sayı: 1. 924

18 yaşlı Şanna McKormik 177 kq olub. O həyatının ilk sevgisi ilə qarşılaşanda bir gənc qızın normal çəkisindən olduqca ağır çəkiyə sahib olub. Gənc qız ailə qurmaq arzusunda olub. Lakin çəkisinin yaratdığı bəzi fəsadlar nəticəsində reanimasiyaya düşdükdən sonra həkimlər “evlənsən öləcəksən” deyə qıza xəbərdarlıq ediblər. Bu sözdən sonra xəstəxanadan çıxan qız ilk iş olaraq sevgilisi ilə nişanlanıb. Lakin həkimlər “boş yerə sevinmə, sən toya kimi yaşaya bilmərsən” deyərək onun sevincini ikinci dəfə qursağında qoyublar.  Bundan sonra gənc qadın gəlinlik geyinmək üçün pəhrizə başlayıb. Şəkərli içkilər, cips, qızartma, şirniyyatdan imtina edərək Şanna 100 kq çəki atıb. Xüsusi proqram sayəsində 12 ölçü birdən kiçilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir